Prezident iki seçim qarşısında qalıb - RƏSMİ AÇIQLAMA
Bizi izləyin

İdman

Prezident iki seçim qarşısında qalıb - RƏSMİ AÇIQLAMA

"İnter"in qarşısına yeni mövsüm üçün yüksək hədəflər qoyulub.

"İnter"in qarşısına yeni mövsüm üçün yüksək hədəflər qoyulub.

Publika.Az xəbər verir ki, Milan klubunun yeni prezidenti Erik Tohir komandasının yay transfer planı haqda maraqlı açıqlama verib.

Əsasən hücum və yarımmüdafiəçi xəttini gücləndirmək istəyən Seriya təmsilçisi hansı futbolçunu heyətinə qatacağını indidən müəyyənləşdirməyə çalışır.

“Yayda iki mövqeyi - hücum və yarımmüdafiə xəttini gücləndirəcəyik. Hədəfimizdə olan futbolçular var. Ya Fernando Torres, ya Edin Ceko, ya da Alvaro Moratanı transfer edəcəyik.

“Arsenal”ın oyunçusu Sanyanı da bəyənirik. Ancaq bununla bağlı qərarı futbolçunun özü verməlidir. Etonu “İnter”ə gətirəcəyimizlə bağlı yayılan xəbərlər yalandı. Çünki bizə ondan gənc hücumçular lazımdır”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm