• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Rinqdə Ərdoğana etiraz edən boksçu danışdı

  • İdman
  • 26 Mart 2014 11:08
  • 390 Baxış
Rinqdə Ərdoğana etiraz edən boksçu danışdı

Türk boksçu Ünsal Arık rinqə çıxarkən üzərinə "Bu ölkə Atatürkün, Tayyipin deyil" yazılmış mayka geyinib.

Publika.az xəbər verir ki, idmançı bu addımı atmasının səbəbləri barədə danışıb.

Arık bildirib ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın siyasəti onu razı salmır: "Mən Almaniyada doğulmuşam və orda böyümüşəm. Amma türkəm. Türkiyənin vəziyyətindən narahatam. Rəcəb Tayyib Ərdoğanın siyasətini doğru hesab etmirəm. Baş nazirimizin ağzından heç bir zaman "mən türkəm" sözünü eşitməmişəm. Bu ölkəni Atatürk qurdu. Mənim atam hacıdı. Ancaq o da Erdoğandan narazıdı. Bu ölkənin bölünməsini istəmirəm".

Boksçu rinqə belə bir maykada çıxmaq ideyasından da danışıb: "Matçdan öncə birdən ağlıma gəldi. Qardaşım və dostlarımla oturmuşduq. Matçdan danışırdıq. Belə bir fikir beynimdən keçdi və yanımdakılara dedim. Hamısı fikrimi bəyəndi. Təşkilatçılar narazılıq etdi, problem yaranmasından qorxurdular. Amma biz israr etdik. "Başımız bəlaya girər" deyə qorxmadıq. Nə olursa-olsun, hər şey ölkəmiz üçündü. Biz pis bir iş görməmişik. Almaniyada mən matça "Bu ölkə Merkelin deyil, hamımızındı" yazılmış maykada çıxsam, Merkel inciməz".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR