• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Eto`O Qvardiolanı biabır etdi

  • İdman
  • 26 Mart 2014 11:37
  • 476 Baxış
Eto`O  Qvardiolanı biabır etdi

Samuel Eto`O Pep Qvardiolanı tənqid edib.

Publika.az xəbər verir ki, kamerunlu futbolçu "Barselona"da rəhbərliyi altında oynadığı ispan çalışdırıcının yaxşı baş məşqçi olmadığını bildirib.

Eto`O Qvardiolanın böyük futbolçu olmadığını deyib: "Öncəliklə onu qeyd edim ki, Qvardiola heç bir zaman böyük oyunçu olmayıb. Bunu onun özünə də dedim. Baş məşqçi olaraq da heç bir şeyi sübut edə bilmədi. Paltardəyişmə otağında nəyin baş verdiyini belə bilmirdi.

Kamerunlu ulduz karyerasının böyük hissəsində geyindiyi 9 nömrəli formanın Qvardiola tərəfindən əlindən alınmasının və Tyerri Anriyə verilməsi özünə qarşı hörmətsizlik hesab edir: "Düşündüklərini üzümə deyəcək cəsarəti yox idi. Fikirlərini komanda yoldaşlarım vasitəsi ilə mənə çatdırırdı. Bir dəfə Xavi futbolçuların komandada qalmağımı istədiyini, amma bu məsələni Peplə danışmaq məcburiyyətində olduğumu dedi. Mən isə ona "Əsla. Mənə hörmət etməyən birinə mən də hörmət etmirəm" dedim.

2008/09 mövsümünü 36 qolla tamamlayan Samuel, Qvardiolanın ona göstərdiyi performansa görə il ərzində bir dəfə təşəkkür etdiyini bildirib: "2008/09 mövsümündə 36 qol vurdum. Çempionlar Liqasında "Mançester Yunayted"i məyus etdim. Kuboku qazandıqdan sonra bir yeməkdə Pep "Samuelə təşəkkür etməliyik, çətin mövsüm keçirdi. Nə qədər böyük oyunçu olduğunu bizə göstərdi" dedi. İlk dəfə ona həmin an inanmışdım. Amma sonra özümü "İnter"də gördüm".

Eto`O ispan mütəxəssisin mövsüm ərzində onunla sadəcə 3 dəfə danışdığını, bunlardan birində də forvardın necə oynamalı olduğunu anlatdığını deyib: "Mənə bir forvardın necə hərəkət etməli olduğunu anlatdı. Mən də ona "normal deyilsən" dedim. Əslində Qvardiola futbolla bağlı şeylərə hörmət etməzdi. "İnter"ə keçdikdən sonra "Barselona" ilə oynadığımız matçdan sonra əlimi sıxdı, amma bunu kameraların önündə olduğumuz üçün etdi. Qarşılaşmadan əvvəl isə mənə salam belə verməmişdi".

Kamerunlu ulduz başqa bir maraqlı hadisəni də danışıb: "Klub rəsmilərindən biri "sənə sürprizim" var deyərək məni otelə apardı. Otaqda Jorquera, Puyol, Messi, İnyesta, Xavi və Viktor Valdes var idi. Pepi də orda görüncə əhvalım dəyişdi, olduqca aqressivləşdim. Sürpriz deyilincə məni Beyonsenin gözlədiyini düşünmüşdüm".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR