Avropada ilk çempion - "Bavariya"
Bizi izləyin

İdman

Avropada ilk çempion - "Bavariya"

Avropanın aparıcı çempionatlarında ilk çempion müəyyənləşib.

Publika.az xəbər verir ki, "Bavariya" çempionluğunu elan edib.

Münhen təmsilçisi Bundesliqanın XXVII turunda "Herta"nın qonağı olub. Hesabı 6-cı dəqiqədə Toni Kroos açıb. 8 dəqiqə sonra Mario Gotze fərqi artırıb. 66-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Adrian Ramos "Herta"nı sevindirib. 79-cu dəqiqədə isə Frank Riberi "Bavariya"ya 3:1 hesablı qələbə qazandıran qola imza atıb.

Bununla da Münhen klubu xal hesabını 77-yə yüksəldib və ən yaxın izləyicisi "Borussiya"nı (Dortmund) 25 xal geridə qoyaraq sona 7 tur qalmış çempionluğunu elan edib. "Bavariya" Almaniya tarixində ən erkən çempion kimi tarixə düşüb.

Qeyd edək ki, "Bavariya" tarixində 24-cü dəfə çempion olub. Münhen klubu ötən mövsüm qazandığı titulu qoruyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm