Azərbaycanda Federasiya Kuboku keçirilib
Bizi izləyin

İdman

Azərbaycanda Federasiya Kuboku keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyasının illik təqvim-planına əsasən, bu gün mounten bayk (dağ velosipedi) üzrə Açıq Federasiya Kuboku yarışı keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının illik təqvim-planına əsasən, bu gün mounten bayk (dağ velosipedi) üzrə Açıq Federasiya Kuboku yarışı keçirilib.

Federasiyadan Publika.az-a verilən məlumata görə, turnir gələn il Azərbaycanın qəbul edəcəyi ilk Avropa Oyunlarının mounten bayk yarışlarının keçirilməsi planlaşdırılan ərazidə baş tutub.

Beynəlxalq Velosipedçilər İttifaqının qaydalarına əsasən təşkil olunan yarışda 30-a yaxın idmançı iştirak edib. Onlar hər biri 3,5 km-dən ibarət 4 dövrədə mübarizə aparıblar.

Nəticələrə gəlincə, "Synergy Baku" kontinental velosiped komandasının üzvü, özünü mounten bayk yarışlarında sınayan Aqşin İsmayılov bu növdə də bacarıqlı olduğunu sübut edib. O bütün rəqiblərini qabaqlamaqla Federasiya Kubokunun qalibi olub. 2-ci yeri Aqşin Bağırlı, 3-cü yeri isə Orxan Məmmədov tutub. Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal və pul mükafatı ilə təltif ediliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm