• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İspaniyada “Real” böhran(ı) – VİDEO

  • İdman
  • 27 Mart 2014 09:51
  • 524 Baxış
İspaniyada “Real” böhran(ı) – VİDEO

İspaniya La Liqasında XXX turun oyunları keçirilir. Publika.az xəbər verir ki, ötən tur "Real"ı yenən "Barselona" bu dəfə "Selta"nı qəbul edib.

Oyun Kataloniya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 6-cı dəqiqədə Neymar açıb. O, Aleksis Sançesin ötürməsini qola çevirib. 30-cu dəqiqədə Andres İnyestanın ötürməsindən sonra Lionel Messi fərqlənib. 67 dəqiqə Son nöqtəni isə yenə Sançesdən məhsuldar ötürmə alan Neymar qoyub.

Bu qələbədən sonra xalını 72-yə yüksəldən "Barselona" ən azı iki saatlıq liderliyi ələ alıb. Amma kataloniyalıların liderliyi elə 2 saat da sürüb. Öz meydanında "Qranada"nı qəbul edən “Atletiko” 1:0 hesabı ilə qalib gələrk yenidən liderliyə yüksəlib. “Barselona”ya məğlubiyyətin "Real"a pis təsir etdiyi isə "Sevilya" ilə qarşılaşmada da özünü göstərib. “Real” meydandan məğlub ayrılaraq (1:2) turnir cədvəlinin 3-cü pilləsinə yuvarlanıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR