Mourinyodan məsləhət: “Ronaldodan yox, Lemparddan nümunə götür”
Bizi izləyin

İdman

Mourinyodan məsləhət: “Ronaldodan yox, Lemparddan nümunə götür”

Mourinyodan məsləhət: “Ronaldodan yox, Lemparddan nümunə götür”

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo komandasının aparıcı futbolçusu Eden Azarın Kriştiano Ronaldodan nümunə götürməsinin əleyhinədi.

Publika.az xəbər verir ki, Mourinyo mətbuata verdiyi açıqlamada Azara öz məsləhətini verib: “Düşünmürəm ki, Eden Ronaldoya oxşamalıdı.

Onun hazırda çıxış etdiyi komandada nümunə götürüləsi çox futbolçu varş. Bunun üçün başqa kluba nəzər yetirməyə ehtiyac yoxdu.

Yaxşı olardı ki, Azar 35 yaşı olmasına baxmayaraq, hələ də yüksək səviyyədə çıxış edən komanda yoldaşı Frenk Lemparddan nümunə götürsün.

Lempardın peşəkarlığı Eden üçün ən yaxşı örnək olardı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm