“Barselona” “Balkan Messisi”ni aldı
Bizi izləyin

İdman

“Barselona” “Balkan Messisi”ni aldı

“Barselona” “Balkan Messisi”ni aldı

“Barselona” Xorvatiya millisinin 17 yaşlı parlayan ulduzu Alen Xaliloviç uğrunda mübarizədə qalib gəlib.

Publika.az xəbər verir ki, Zaqreb “Dinamo”sunun futbolçusu ilə 5 illik müqavilə bağlanıb. Klubun rəsmi saytı xəbəri təsdiqləyib.

“Barselona” Xaliloviçin transferinə görə 2,2 milyon avro ödəyib. “Balkan Messisi” adlandırılan futbolçu “Barselona”ya keçdiyi üçün xoşbəxt olduğunu bildirib: “Hələ də buna inana bilmirəm.

Uşaqlıqdan bu klubun azarkeşi olmuşam. “Barselona”da oynamaqdan böyük qürur ola bilməz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm