Oliqarxın qardaşı Latviyada klub almasını yalanladı
Bizi izləyin

İdman

Oliqarxın qardaşı Latviyada klub almasını yalanladı

Oliqarxın qardaşı Latviyada klub almasını yalanladı

"Bəzi mətbuat orqanları mənim haqqımda yalan xəbərlər yayırlar. Latviyada biznesimin olması barədə informasiyalar da bu qəbildəndi".

Publika.az xəbər verir ki, sözləri "Bakı"nın vitse-prezidenti Zeynal Məmmədov deyib. Məmmədov Sportinfo.az-a açıqlamasında KİV-də onun Latviyada trikotaj fabriki alması, biznesini ora köçürməsi barədə yayılan məlumatları təkzib edib.

Zeynal Məmmədovun dediyinə görə, o, ölkə xaricində biznes fəaliyyəti ilə məşğul olmur: "Bilirəm ki, bu xəbərlər nə məqsədlə mətbuata ötürülür. "Bakı"nı və bizi gözdən salmaq istəyən insanların işidi.

Son vaxtlar məndən yenə uydurma xəbərlər yaymağa başlayıblar və bu da onlardan biridi. Latviyada biznesim olsaydı, klub alsaydım, mən bunu heç kimdən gizlətməzdim. Olmayan şeylərin yazılması isə sadəcə, böhtandı".

O, Hafiz Məmmədovla münasibətlərinin korlanması barədə iddiaları da qətiyyətlə təkzib edib. Bildirib ki, belə bir hal olmayıb və ola da bilməz: "Aprelin 1-də klubumuzun yeni strukturu açıqlanacaq.

Bununla bağlı Hafiz müəllim tərəfindən böyük işlər görülüb və indinin özündə də görülməkdədi. Prezidentimiz kimə hansı vəzifəni layiq bilsə, orda da işləyəcəyik. İkinci bir söhbət artıqdı".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm