Azərbaycanlı idmançı ilin ən yaxşısı seçildi
Bizi izləyin

İdman

Azərbaycanlı idmançı ilin ən yaxşısı seçildi

Azərbaycanlı idmançı ilin ən yaxşısı seçildi

Beynəlxalq Güləş Federasiyası (FILA) tərəfindən 2013-cü ilin yekunlarına əsasən, ilin ən yaxşı güləşçilərinin adları açıqlanıb.

Publika.Az-ın Azərbaycan Güləş Federasiyasından aldığı məlumata görə, yığmamızın üzvü Saman Təhmasibi yunan-Roma güləşi üzrə “2013-cü ilin ən yaxşı güləşçisi” seçilib.

O, 2013-cü ildə keçirilən dünya çempionatında gümüş medal (10 xal), ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsində qızıl medal (6 xal) və Avropa çempionatında 5-ci yer (2 xal) qazanıb və yunan-Roma güləşçiləri arasında ən yüksək reytinq xalı - 18 xal toplayaraq "İlin ən yaxşı güləşçisi" adına layiq görülüb.

Qeyd edək ki, FILA idmançıları il ərzində keçirilən mötəbər beynəlxalq yarışlarda (Olimpiya Oyunları, dünya çempionatı, qitə çempionatları, Qızıl Qran Pri turnirinin final mərhələsi) göstərdiyi nəticələrə görə qiymətləndirir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm