Kadırovun komandası xərcəngdən əziyyət çəkən erməni ilə müqavilə bağladı
Bizi izləyin

İdman

Kadırovun komandası xərcəngdən əziyyət çəkən erməni ilə müqavilə bağladı

Kadırovun komandası xərcəngdən əziyyət çəkən erməni ilə müqavilə bağladı

Rusiya Premyer-liqasında çıxış edən "Terek" atdığı addımla diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, Çeçenistan təmsilçisi xərçəng xəstəliyindən əziyyət çəkən Qriqori Simonyanla müqavilə imzalayıb. Bu barədə ölkə prezidenti Ramzan Kadırov instaqramda məlumat yayıb:

"Buna biganə qala bilməzdim. Onunla uzunmüddətli müqavilə bağladıq və müalicə xərclərini öz üzərimizə götürdük. Sağalandan sonra "Terek"də debüt edəcək və komandaya öz köməkliyini göstərəcək".

Qeyd edək ki, 18 yaşlı futbolçunun beynində şiş var. Onun ailəsi indiyə qədər müalicə üçün xeyli vəsait xərcləyib. Futbolçu əməliyyat üçün Almaniyaya göndəriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm