Sadıq Sadıqovdan sərt ittihamlar – “Neftçi”nin prezidenti istefa verəcək
Bizi izləyin

İdman

Sadıq Sadıqovdan sərt ittihamlar – “Neftçi”nin prezidenti istefa verəcək

Sadıq Sadıqovdan sərt ittihamlar – “Neftçi”nin prezidenti istefa verəcək

“Neftçi”nin prezidenti Sadıq Sadıqov postundan istefa verəcəyini bildirib. Publika.az xəbər verir ki, “ağ-qaralar”ın prezidenti futbolinfo.az saytına verdiyi müsahibədə komandasının çempion olmayacağı təqdirdə istefa verəcəyini bəyan edib: “Komandanı çempion edə bilməsəm, yəqin gedəcəm də. Doğurdan fikrim odu. Vallah, komandanı çempion eləməsəm, gedəcəm. Çünki biz ancaq çempionluq üçün işləyirik”.

Sadıq Sadıqov Peşəkar Futbol Liqsının prezidenti Ramin Musayevin, AFFA-nın baş katibi Elxan Məmmədovun, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun ünvanına kəskin ittihamlar səsləndirib:

“Haqqımı heç kimə vermərəm. Komandanı 20 min manat cəzalandırıblar, amma ödəməmişik. Çünki mənə bunun açıqlamasını verən yoxdu, səbəbini izah edə bilmirlər. 20 min bizim üçün böyük puldu. Vitse-prezidentim 3000 manat alırsa, 20 mini hardan ödəsin, bankdan kredit götürsün? Süleymanov deyib ki, Rövnəq Abdullayevin bu boyda qayğısı qarşısında derbi oyuna niyə getmirlər? PFL-in, AFFA-nın həmin oyunda bir nəfər vəzifəli nümayəndəsi olmayıb. Tahir də nə deyir? Deyir gəlin, baxın.

Bəziləri bunu pis qəbul edib və Rövnəq müəllimə də necə çatdırdıqlarını bilmirəm. Məni hansısa idarəyə rəhbər vəzifəyə qoyurlarsa, onun böyük tədbirlərində iştirak etmək borcumdu. Elxan Məmmədov, Ramin Musayev, AFFA-sı, PFL-i – bunlar Rövnəq müəllim olmayandan sonra heç nəyə yarayası adamlar deyillər. Onlar üçün şərait yaradıb, heç bir problemləri yoxdu. Maşınları, iş otaqları və s. Biz də deyirik derbi oyundu da, min hadisə ola bilər, ora getmək lazımdı. Vitse-prezident, baş katib, PFL-in işidi, onların bir nümayəndəsi... Rövnəq müəllim orada olan hadisəni soruşanda PFL rəhbəri nə cavab verir? Orada olmayıb axı. Ona görə də Lənkəranda baş verənlər düzgün çatdırılmır. Nə isə eee. Gedib Rövnəq müəllimə sözü düz çatdırmadılar, özlərindən qərar çıxardılar. Rövnəq Abdullayev “Xəzər Lənkəran” – “Neftçi” oyunu ilə bağlı Elxan Məmmədovdan hesabat istəyir.

O, nə cavab verə bilər? Axı, orada olmayıb, necə düzgün cavab verə bilər? Xaqani Məmmədov da orada yox idi, “Simurq”un oyununda qaçıb gizlənmişdi. Girdirmə oyunlarda gəlib qapını kəsdirənlər harada idi? Gizlənmələrində məqsəd nə idi? Bilirlər ki, “Neftçi” qırmızı vərəqələr alacaq, hər şey həll olunmuşdu. Lənkəranda derbi oyun, 16 min tamaşaçı – Elxan Məmmədov, Ramin Musayev, Xaqani Məmmədov harada idi? Futbolun inkişafıdı da işlərinin adı, harada idilər?”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm