“Nə qədər ki, Musayev PFL prezidenti, Məmmədov baş katib olacaq…” – VİDEO+FOTOLAR
Bizi izləyin

İdman

“Nə qədər ki, Musayev PFL prezidenti, Məmmədov baş katib olacaq…” – VİDEO+FOTOLAR

“Nə qədər ki, Musayev PFL prezidenti, Məmmədov baş katib olacaq…” – VİDEO+FOTOLAR

Azərbaycanın ən çox izlənilən futbol verilişlərindən olan "İnterAz" TV-nin "Arena" verilişinin növbəti buraxılışı efirə yayımlanıb.

Publika.az xəbər verir ki, Rüfət Nadirlinin müəllif və aparıcısı olduğu verilişin budəfəki buraxılışında kubok oyunları və Premyer Liqanın XXVII turunun müzakirəsi ilə yanaşı, bir sıra maraqlı məqamlara da toxunulub. Verilişdə qonaq qismində yer alan Publika.az saytının əməkdaşı Natiq Muxtarlı yerli futbolçulara daha çox pul verilməsinin əleyhinə çıxıb və bu məsələdə futbol idarəçilərini tənqid edib :

"Bizim futbolçular indiki məqamda heç vaxt xaricə getməyəcəklər.Çünki onlar burada yaxşı pul alırlar. Ona görə də, futbolçularımız belə halda ölkədən kənara çıxarlarmı? Təbii ki, belə olan təqdirdə futbolçularımızın heç bir hədəfi olmur. O pulu futbolçulara kim verir? Yenə də gəlib çıxır futbol idarəçilərinin üzərinə.. Yerli oyunçularımız xaricə getməyəcəklərsə, ölkə futbolu inkişad etməyəcək. Azərbaycan futboluna rəhbərlik edən adamlar dəyişməsə, inkişaf olmayacaq.

Nə vaxta qədər Ramin Musayev PFL prezidenti, Gülağa Cabbarov AFFA Hakim İnspektorlar Komitəsinin sədri, Xaqani Məmmədov Hakimlər Komitəsinin sədri, Elxan Məmmədov AFFA-nın baş katibi olacaqsa, bu söz-söhbətlər də həmişə olacaq. Azərbaycan futbolunun idarəetmə sistemində köklü dəyişiklik olmalıdır".

“Arena”nın videoyazısını təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm