Kadırov bu dəfə hakimi və şərhçini ittiham etdi
Bizi izləyin

İdman

Kadırov bu dəfə hakimi və şərhçini ittiham etdi

Kadırov bu dəfə hakimi və şərhçini ittiham etdi

Çeçenistan prezidenti Ramzan Kadırov Rusiya kubokunun ¼ final mərhələsi çərçivəsində keçirilən “Terek”-ÇSKA (0:1) qarşılaşmasından sonra hakimin və oyunu şərh edən jurnalistin ünvanına ittihamlar yağdırıb.

Publika.az xəbər verir ki, “Terek”in fəxri prezidenti instaqram səhifəsində yazdığı statusda hakimi və şərhçini tərəfkeşklikdə qınayıb:

Hörmətli, dostlar! Hakim hələ ilk yarıda “Terek”in futbolçularına yersiz sarı vərəqələr verirdi. İkinci hissədə isə Komorovskiyə birbaşa qırmızı vərəqə göstərdi. Ancaq həmin epizodda sarı ilə də kifayətlənmək olardı.

“Terek” azlıqda qaldıqdan sonra da inamla mübarizə apardı. Oyunun şərhçisi isə açıq şəkildə “Terek”ə antipatiyasını ortaya qoyurdu. Belə olmaz. Onun vəzifəsi oyun şərh etmək idi, daha hansısa komandaya azarkeşlik etmək yox. Növbəti dəfə qeyd etməliyəm, hakimliklə bağlı problem həllini tapmayana qədər, Rusiya futbolu dünya standartları səviyyəsinə yüksələ bilməyəcək”.

Qeyd edək ki, “Terk”-ÇSKA qarşılaşmasının baş hakimi Vladislav Bezborodov olub. Oyunu “Rossiya-2” telekanalında Roman Turşeçkin şərh edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm