Benites narkoman çıxdı
Bizi izləyin

İdman

Benites narkoman çıxdı

Benites narkoman çıxdı

İspaniya çempionatında çıxış edən “Qranada”nın futbolçusu Dani Benites 2 il müddətinə futboldan uzaqlaşdırıla bilər. Publika.az xəbər verir ki, buna səbəb futbolçunun narkotik vasitələrdən istifadə etməsidi.

Benites “Qranada”nın “Betis”lə oyununda 61-ci dəqiqədə meydana çıxıb və cəmisi 18 dəqiqə sonra qovulub. Oyundan dərhal sonra futbolçudan dopinq-test götürülüb və müsbət nəticə verib.

Benites 2009-cu ildə “Malyorka”dan “Udineze”yə keçib. O vaxtdan icarə əsasında “Qranada”da çıxış edib.

2012-ci ildə futbolçu 3 ay müddətinə cəzalanmışdı. Həmin vaxt o, hakimə butulka atmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm