“Qarabağ” Avropada ikincidir
Bizi izləyin

İdman

“Qarabağ” Avropada ikincidir

“Qarabağ” Avropada ikincidir

Avropada cari mövsümdə ən az qol buraxan komandalar həm də öz çempionatlarında uğurla çıxış edirlər. Publika.az xəbər verir ki, bu siyahıda ilk sıranı "Bavariya" tutur.

Mövsümün sonuna 7 tur qalmış çempionluğunu elan edən komanda cəmi 13 qola üzülüb. 52 oyundu məğlub olmayan və son 19 matçda qələbə qazanan Münhen klubu Avropanın ən az qol buraxan komandasıdı.

İtaliyada ən az qol buraxan komanda "Roma"dı. Bu mövsüm keçirdiyi 21 matçda qapısında top görməyən İtaliya təmsilçisi cəmi 15 dəfə məyus olub.

Yunanıstanda keçirdiyi 30 oyunda çempionluğu təmin edən "Olimpiakos" rəqib qapılarına 86 qol vursa da, özü 17 dəfə məyus olub.

Türkiyədə üçüncü pillədə qərarlaşmış "Qalatasaray" ən az top buraxan komandadı - 22. "Cim-Bom"u "Beşiktaş (24), onları "Eskişəhərspor" izləyir (25). Lider "Fənərbaxça" isə 27 dəfə topu qapıdan çıxarmalı olub.

İngiltərə Premyer Liqasında 31 oyun keçirən lider "Çelsi" 23 qol buraxaraq bu mənada da liderdi. London klubu ötən mövsüm 39 qola üzülmüşdü. İspaniyada Çempionlar Liqasının 1/4 finalına çıxmış 3 komanda ən az qol buraxanlar siyahısına başçılıq edir. Belə ki, La Liqanın lideri "Atletiko" 21, ikinci pillədəki "Barselona" 25, üçüncü yeri tutan "Real" isə 32 dəfə məyus olub.

Azərbaycana gəlincə, lider "Qarabağ" qapısında 14 qol görərək bu siyahıya da başçılıq edir. Ağdamlılardan sonra ən az məyus olan komanda "Simurq"du - 20. "Qəbələ" 28, "Bakı" 29, "İnter" 31, "Neftçi" 33, "Xəzər Lənkəran" 38, AZAL 40, "Rəvan" 46, "Sumqayıt" isə 47 dəfə topu qapıdan çıxarıb.

Avropanın 9 önəmli milli çempionatında və Azərbaycanda ən azı qol buraxan klubları təqdim edirik:

№ Klub 1 2 3 4

1 Bavaryia 13 79 27 1

2 Qarabağ 14 50 27 1

3 Roma 15 56 29 2

4 Olimpiakos 17 86 31 1

5 Standard 17 59 30 1

6 PSJ 18 70 30 1

7 Lill 19 34 30 3

8 Yuventus 20 67 30 1

9 Atletiko 21 67 29 1

10 Artomitos 22 51 31 3

11 Ayaks 22 57 28 1

12 Qalatasaray 22 47 26 3

13 Çelsi 23 62 31 1

14 Panatiniakos 24 53 31 4

15 Beşiktaş 24 45 26 2

16 Barselona 25 85 29 2

1 - buraxılan qol, 2 - vurulan qol, 3 - oyun sayı, 4-çempionatdakı mövqeyi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm