İdman
Saqqallı güləşçi karyerasını bitirdi: “Qərarım qətidir”
Avropa çempionu Elçin Əliyevin saqqal saxladığına görə güləş üzrə milli komandadan uzaqlaşdırıldığı barədə məlumat vermişdik. İdmançıdan saqqalını qırxmağı tələb edirdilər.
Bu məsələ idman ictimaiyyəti arasında böyük ajiotaj doğurdu. Sonradan Azərbaycan Güləş Federasiyasından bildirdilər ki, məsələ həll olunub, idmançı saqqalı da güləşə bilər.
Publika.Az-ın əldə etdiyi məlumata görə, problem həll olunmayıb və güləşçi karyerasını bitirmək qərarına gəlib.
Məlumatı Publika.Az-a verdiyi açıqlamada Elçin Əliyevin özü də təsdiqlədi.
“Karyeramı başa vurmaq qərarına gəldim. Qərarım qətidir. İdmandan ayrılmağım əsasən şəxsi həyatımla bağlıdır. Buna görə bu barədə çox danışmaq istəmirəm.
Amma bir səbəb də FİLA-nın qərarıdır. FİLA-dan yerli federasiyaya bildirildi ki, saqqalı güləşmək olmaz.
Mən yenə də saqqalımı qırxmayacağımı bildirdim və karyeramı başa vurmaq qərarına gəldim. Bir sözlə, məni heç kim incitmədi, təzyiqlər olmadı. Hətta federasiyadan da qalmağımı istəyirdilər. Saqqalı güləşməyə FİLA icazə vermədi. Mən də dedim ki, artıq karyeramı bitirmək vaxtı gəlib”.
İdmançı bundan sonra nə işlə məşğul olacağı barədə də məlumat verdi:
“Məşqçi kimi fəaliyyət göstərmək istəmirəm. Çünki güləş aləmindən tamamilə uzaqlaşmaqda israrlıyam. Başqa işlə məşğul olacam”.
Aygün İlqarqızı
-
Magazin122:12
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm” - FOTO
-
Region21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU
-
Sosial19:46
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi - FOTO
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü