Autsayder də Tərlan Əhmədovu sevindirmədi
Bizi izləyin

İdman

Autsayder də Tərlan Əhmədovu sevindirmədi

Autsayder də Tərlan Əhmədovu sevindirmədi

Bu gün Azərbaycan Premyer Liqasında XXVIII tura srart verilib. Publika.az xəbər verir ki, üç gün ərzində baş tutacaq turun ilk oyun günündə bir qarşılaşma keçirilib.

Günün yeganə matçında "Sumqayıt" AZAL-I qəbul edib. Bu oyun nə komandalar, nə də azarkeşlər üşün heç bir əhəmiyyət daşımırdı. AFFA İcraiyyə Komitəsinin qərarından sonra eltanı heç bir komandanın tərk etməyəcəyi məlum oldu. İndi turnir cədvəlinin sonuncu pilləsində olan “Sumqayıt” da bilir ki, onu heç bir təhlükə gözləmir. Elə AZAL da eyni durumdadı. Medallara iddiasını çoxdan itirən “təyyarəçilər” meydana baş girləmək üçün çıxır. Bu qarşılaşma yalnız AZAL-ın yeni baş məşqçisi Tərlan Əhmədov üçün əhəmiyyətli ola bilərdi. Belə ki, Əhmədov yeni komandasının sükanı arxasında ilk qələbəsini qazanmaq istəyirdi.

Lakin Tərlan bəyin bu istəyi baş tutmayıb. Düzdü, hesabı 7-ci dəqiqədə AZAL açıb. Rəqib qapısına komandanın qış transferi Laşa Kasradze yol tapıb. 21-ci dəqiqədə Məhəmməd Qurbanov bərabərliyi təmin edib. 55-ci dəqiqədə isə "Xəzər Lənkəran"dan icarəyə götürülən Uğur Pamuk "Sumqayıt"ın qələbə qoluna imza atıb.

Qeyd edək ki, turun iki oyunu sabah keçiriləcək. "Bakı" "Simurq"u, "Neftçi" "Xəzər Lənkəran"ı qəbul edəcək. Bazar günü baş tutacaq son iki qarşılaşmada isə "Rəvan" "İnter"in, "Qəbələ" "Qarabağ"ın qonağı olacaq.

Premyer Liqa

2013/14 mövsümü

IV dövrə, XXVIII tur

28 mart

Sumqayıt - AZAL 2:1

Qollar: Məhəmməd Qurbanov, 21. Uğur Pamuk, 55 - Laşa Kasradze, 7.

Sumqayıt: 1. Andrey Popoviç, 4. Samir Abasov (k), 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 21. Məhəmməd Mirzəbəyov, 88. Mirzağa Hüseynpur, 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev.

Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 2. Şəhriyar Xəlilov, 3. Vurğun Hüseynov, 8. Aqşin Muxtaroğlu, 11. Ruslan Nəsirli, 18. Aleksandr Çertoqanov, 77. Ramil Mansurov.

Baş məşqçi: Aqil Məmmədov.

AZAL: 12. Cahangir Həsənzadə (k), 4. Aylton, 7. Cavid Tağıyev, 9. Orxan Həsənov, 10. Con Oluremi, 17. Viktor İbekoyi, 18. Samuel Barlay, 20. Branislav Arsenyeviç, 23. Tural Nərimanov, 32. Laşa Kasradze, 89. Nedo Turkoviç.

Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 26. Kərim Diniyev, 27. Rəşad Abdullayev, 22. Axtam Xamroqulov, 8. Qərib İbrahimov, 28. Emin Cəfərqluliyev, 31. Şəhriyar Rəhimov.

Baş məşqçi: Tərlan Əhmədov.

Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Cavanşir Yusifov, Nail Nağıyev.

AFFA nümayəndəsi: Sakin Məmmədzadə.

Hakim-inspektor: Kərim Ağayev.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 15.00.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm