"Qarabağ"ı kim dayandıracaq: yenə darmadağın
Bizi izləyin

İdman

"Qarabağ"ı kim dayandıracaq: yenə darmadağın

Azərbaycan Premyer Liqasında XXVIII turun oyunları davam etdirilib. "İnter" - "Rəvan" matçı qar səbəbindən 11-ci dəqiqədə dayandırıldığından üçüncü oyun günündə bir qarşılaşma baş tutub.

Azərbaycan Premyer Liqasında XXVIII turun oyunları davam etdirilib. "İnter" - "Rəvan" matçı qar səbəbindən 11-ci dəqiqədə dayandırıldığından üçüncü oyun günündə bir qarşılaşma baş tutub.

Bu matçda lider "Qarabağ" "Qəbələ"ni qəbul edib. Hesabı 49-cu dəqiqədə Çumbinyo açıb. 65-ci dəqiqədə Reynaldo Silva fərqlənib. 79-cu dəqiqədə Elnur Allahverdiyev qırmızı vərəqə alaraq, "Qəbələ"ni azlıqda qoyub. 7 dəqiqə sonra Reynaldo dubl edərək cari mövsümdə 17-ci qolunu vurub - 3:0.

Bu Ağdam və Qəbələ klubları cari mövsümdə artıq 6-cı qarşılaşma olub. Premyer Liqadakı hər 4 matçda Qurban Qurbanovun yetirmələri qəbəbə qazanıb. Kubokda isə Yuri Syominin yetirmələri rəqibdən üstün olub (0:0, 2:1).

"Qarabağ" ardıcıl 9-cu matçda meydanı xalla tərk edib. Ağdamlılar sonuncu dəfə XIX turda "Xəzər Lənkəran"a uduzub. Bundan sonra 9 oyunda 8 qələbə qazanan Qurban Qurbanovun yetirmələri 1 heç-heçə edib. "Qarabağ" son 5 matçında rəqiblərini darmadağına məruz qoyub. Belə ki, lider "Neftçi"ni 4:1, "Bakı"nı 4:0, "İnter", "Sumqayıt" və "Qəbələ"ni 3:0 hesabı ilə yenib.

Qeyd edək ki, ilk iki oyun günündə üç qarşılaşma baş tutub. "Sumqayıt" AZAL-ı, "Bakı" "Simurq"u 2:1, "Neftçi" "Xəzər Lənkəran"ı 1:0 hesabı ilə yenib. "İnter" - "Rəvan" matçı (0:0) sabah saat 17.00-da 11-ci dəqiqədən davam etdiriləcək.

Premyer Liqa

2013/14 mövsümü

IV dövrə, XXVIII tur

30 mart

Qarabağ - Qəbələ 3:0

Qollar: Çumbinyo, 49. Reynaldo Silva, 65; 86.

Qırmızı vərəqə: Elnur Allahverdiyev, 79.

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Teymur Fərhadov.

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Hakim-inspektor: Xaqani Məmmədov.

Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18.00.

1

Qarabağ

28

18

7

3

53-14

61

2

Neftçi

28

15

6

7

41-33

51

3

Bakı

28

14

6

8

45-30

48

4

İnter

27

13

6

8

41-31

45

5

Qəbələ

28

13

5

10

37-31

44

6

Simurq

28

10

9

9

31-22

39

7

Xəzər L

28

8

10

10

28-39

34

8

AZAL

27

6

8

13

26-40

26

9

Rəvan

27

3

8

16

15-46

17

10

Sumqayıt

27

2

7

18

16-47

13

Bombardirlər: Reynaldo (Qarabağ) - 15. Vaqif Cavadov (İnter) - 12. Daniel Subotiç (Qəbələ) - 11. Draqan Çeran (Simurq) - 9. Mbilla Etame (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı) - 8.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm