• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Dopinq şoku - Cahangir Əsgərov Azərbaycan Ağır Atletika Federasiyasını buraxır – ÖZƏL

  • İdman
  • 31 Mart 2014 11:55
  • 2 728 Baxış
Dopinq şoku - Cahangir Əsgərov Azərbaycan Ağır Atletika Federasiyasını buraxır – ÖZƏL

Azərbaycanın 5 idmançısının Avropa çempionatında qazandığı medaldan məhrum edilməsi ilə bağlı məlumat vermişdik.

Xatırladaq ki, Beynəlxalq Ağır Atletika Federasiyası Azərbaycanın 5 ağırlıqqaldırma üzrə Avropa mükafatçısının qazandıqları medallardan məhrum olunması ilə bağlı rəsmi saytında məlumat yaymışdı.

Bildirilirdi ki, Avropa çempionatında Valentin Xristov (62 kq, qızıl), İntiqam Zairov (94 kq, qızıl), Sərdar Həsənov (69 kq, gümüş), Silviya Anqelova (48 kq, gümüş), Zülfüqar Süleymanov (62 kq,bürünc) qazandıqları medallardan məhrum edilməklə yanaşı, diskvalifikasiya da olunublar.

İndi isə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası azərbaycanlı idmançılara (IWF) ağır cəza kəsildiyi ilə bağlı rəsmi saytında məlumat yerləşdirib. Yer alan məlumatda bildirilir ki, Azərbaycanın ağırlıqqaldıranları Silviya Angelova, Sərdar Həsənov, Valentin Xristov, Kamran İsmayılov, Alyona Kırnıenko, Marziyə Məhərrəmova, Kseniya Vişnitska və İntiqam Zairova iki il, Zülfüqar Süleymanova isə ömürlük yarışlarda iştirak etmək qadağan edilib.

Hətta Azərbaycanın Ağır atletika Federasiyasına yeni komandanın təşkil edilməsi barədə məsləhətlər də verilib.

Məsələ ilə bağlı Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru İsgəndər Əsgərovla əlaqə saxladıq.

Federasiya rəsmisi sualımıza əsəbi halda cavab verdi və araşdırma aparıldığını bildirdi:

“Hələ bu barədə mətbuata məlumat vermək istəmirik. Özümüz də araşdırma aparırıq. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ilə əlaqə saxlamağa çalışırıq. Aydınlaşdırıb bir xəbər deyəcəyik”.

Qeyd edək ki, federasiya rəsmiləri idmançılarımız medaldan məhrum edilərkən də bu tip açıqlama vermişdilər. Amma onların araşdırmalarının heç bir nəticəsi olmadı, idmançılarımız ağır cəzaya məruz qaldı.

Publika.az-ın özəl mənbədən əldə etdiyi məlumata görə, bu biabırçılıqdan sonra Azərbaycan Ağır Atletika Federasiyasında ciddi kadr islahatları həyata keçiriləcək. Məlumat verən mənbə bildirir ki, federasiya prezidenti Cahagir Əsgərov baş verən hadisədən bərk qəzəblənib.

Hələ idmançılarımız cəzaya məruz qalarkən federasiya rəsmiləri Əsgərovu əmin ediblər ki, narahatçılığıa heç bir əsas yoxdur, anlaşılmazlıq olub və hər şey qaydasına düşəcək. İdmançılarımız ağır cəzaya məruz qalandan sonra Cahangir Əsgərovun səbr kasası daşıb. Məlumata görə, Əsgərov Azərbaycan Ağır Atletika Federasiyasını tam tərkibdə buraxmaq haqda düşünür. Federasiyada və milli komandaların məşqçi heyətində ciddi kadr islahatları həyata keçiriləcəyi bildirilir.

Məsəslə ilə bağlı federasiya rəsmilərinin mövqeyini dərc etməyə hazırıq.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR