“Neftçi” çempion oldu
Bizi izləyin

İdman

“Neftçi” çempion oldu

“Neftçi” çempion oldu

Azərbaycan Futbol Veteranları İttifaqı və AFFA-nın dəstəyi ilə ölkəmizdə veteranlardan ibarət komandalar arasında ilk ölkə çempionatı keçirilib.

Publika.az-a bu barədə Azərbaycan Futbol Veteranları İttifaqının prezidenti Oqtay Abdullayev məlumat verib.

Abdullayev bildirib ki, Sumqayıtda keçirilən yarışda 6 komanda iştirak edib. “Masallı”, “Naxçıvan” “Kəpəz”, “Milli Məclis”, “Sumqayıt” və “Neftçi” komandaları yarışın iştirakçıları olublar.

Final oyununda “Sumqayıt” və “Neftçi” klubları üz-üzə gəliblər. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan “Neftçi” çempionluğu qeyd edib.

Oqtay Abdullayev bildirib ki, bu turnir ənənəvi olacaq və ölkəmizin bütün ərazilərini əhatə edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm