• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Berti Foqtsa ABŞ millisində vəzifə verdilər

  • İdman
  • 31 Mart 2014 12:21
  • 582 Baxış
Berti Foqtsa ABŞ millisində vəzifə verdilər

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Berti Foqts ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmannın məsləhətçisi olacaq. Publika.az xəbər verir ki, 67 yaşlı alman mütəxəssis öz yerlisinə Braziliyada keçiriləcək dünya çempionatı zamanı kömək edəcək.

“Çox şadıq ki, Foqts kimi bir mütəxəssis bizimlə işləyəcək. Onun həm futbolçu və həm də məşqçi kimi böyük təcrübəsi var. Böyük yarışlarda qalib gəlməyin yollarını bilir. Əminəm ki, o, bizim DÇ-dəki rəqiblərimizi yaxşı tanıyır. Belə ki, o, Nigeriya və Azərbaycan yığmalarını çalışdırıb. Bu, bizim üçün böyük üstünlükdü”, deyə Klinsmann bildirib.

Berti Foqtsun ABŞ yığmasında çalışacağı xəbərini AFFA da təsdiqləyib. Federasiyanın bu gün yaydığı məlumatda deyilir:

"Amerika Birləşmiş Ştatları Futbol Federasiyası AFFA-ya müraciət edərək, bu il Braziliyada keçiriləcək dünya çempionatında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmannın xüsusi məsləhətçisi təyin olunmasına razılıq verilməsini xahiş edib. Dünya çempionatının təşkil olunacağı müddətdə Azərbaycan milli komandasının oyunlarının və təlim-məşq toplanışlarının keçirilməyəcəyini nəzərə alaraq AFFA müraciəti müsbət cavablandırıb”.

Qeyd edək ki, ABŞ milli komandası Braziliyada keçiriləcək dünya çempionatında Almaniya, Portuqaliya və Qana yığmaları ilə birgə G qrupunda mübarizə aparacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR