Suaresdən yeni rekord
Bizi izləyin

İdman

Suaresdən yeni rekord

Suaresdən yeni rekord

Suares qırılmayan rekord saxlamadı

"Liverpul"un forvardı Luis Suares klubun tarixində daha bir rekorda imza atıb.

Publika.az xəbər verir ki, uruqvaylı Premyer Liqanın 32-ci turunda "Tottenhem"ə qarşı oyunda fərqlənərək mövsüm ərzində 29-cu qolunu vurub.

Bununla da o, “Liverpul”un tarixində Premyer Liqada bir mövsümdə ən çox qol vuran futbolçuya çevrilib.

Nəzərə alsaq ki, çempionatın bitməsinə 6 tur qalır, Suaresin qollarını artıracağı və qırılması çətin olan bir rekorda imza atacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm