Zidan Platinini üstələdi
Bizi izləyin

İdman

Zidan Platinini üstələdi

Zidan Platinini üstələdi

Fransanın məşhur TF1 telekanalı futbolsevərlər arasında maraqlı sorğu keçirib. Publika.az xəbər verir ki, sorğuya əsasən, idiyədək ölkə çempionatında çıxış etmiş ən yaxşı futbolçular müəyyənləşdirilib.

Səsvermə nəticəsində Liqa-1 tarixinin ən güclü futbolçusu Zinəddin Zidan seçilib. Vaxtilə "Kann" (1988-1992) və "Bordo" (1992-1996) komandalarında çıxış edən Zidan bunu Fransa liqasında keçirdiyi 8 mövsümdə bacarıb. O, respondentlərin 44,4 faizinin rəğbətini qazanıb. İkincilik hazırda UEFA-nın prezidenti olan Mişel Platiniyə (24,9 %) qismət olub. Raymond Kopa üçüncü olub - 7,7 faiz.

Siyahıda müvafiq olaraq sonrakı yerləri, Zlatan Ibrahimoviç, Jan-Pyer Papen, Tyerri Anri, Didye Droqba, Sonni Anderson, Alan Giress və Ronaldinyo tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm