Ömürlük cəzalandırılan idmançımız ölkəni tərk edəcəyini bildirdi - FOTOLAR
Bizi izləyin

İdman

Ömürlük cəzalandırılan idmançımız ölkəni tərk edəcəyini bildirdi - FOTOLAR

Ömürlük cəzalandırılan idmançımız niyə ölkəni tərk edəcəyini bildirdi? - FOTOLAR

Azərbaycanın 5 idmançısının Avropa çempionatında qazandığı medaldan məhrum edilməsi ilə bağlı məlumat vermişdik.

Xatırladaq ki, Beynəlxalq Ağır Atletika Federasiyası Azərbaycanın 5 ağırlıqqaldırma üzrə Avropa mükafatçısının qazandıqları medallardan məhrum olunması ilə bağlı rəsmi saytında məlumat yaymışdı.

Bildirilirdi ki, idmançılar Avropa çempionatında qazandıqları medallardan məhrum edilməklə yanaşı, diskvalifikasiya da olunublar.

Lakin bu gün Beynəlxalq Ağır Atletika Federasiyasının rəsmi saytlarında yer alan məlumata görə, idmançılara verilmiş cəza ağır formada təsdiqini tapıb. Məlumatda bildirilir ki, Azərbaycanın ağırlıqqaldıranları Silviya Angelova, Sərdar Həsənov, Valentin Xristov, Kamran İsmayılov, Alyona Kırnıenko, Marziyə Məhərrəmova, Kseniya Vişnitska və İntiqam Zairova iki il yarışlarda iştirak etmək qadağan edilib.

Ən ağır cəza isə Avropa çempionu Zülfüqar Süleymanova tətbiq olunub. Belə ki, təcrübəli idmançı ömürlük yarışlarda iştirak etmək qadağan edilib.

Verilən cəza haqqında ikinci dəfə dopinqlə suçlanan idmançımızın fikirlərini öyrənməyə çalışdıq.Zülfüqar Süleymanov ömürlük uzaqlaşdırılma qərarı ilə bağlı danışmaq istəmədiyini bildiridi.Publika.Az – a açıqlama verən idmançı gələcək karyerasını necə davam etdirəcəyindən söhbət açdı:

“Əgər, federasiya mənə iş versə, təbii ki, məşqçi kimi karyeramı davam etdirəcəm. Bunu mən də çox istəyirəm. ”.

Süleymanov “Federasiya sizə iş verməsə necə? – sualına isə belə cavab verdi:

“Orasını düşünmək belə çətindir. Bu qədər il (1989-2014) idmana töhfə ver, sonra əlindən başqa bir iş gəlmədiyi üçün fəhlə işlə..

Təəssüflər olsun ki, bu halda ölkəni tərk edərəm. Burada olan hörmətimi bazarda piştaxtanın arxasında itirə bilmərəm. Sonda onu deyim ki, bunu mənə 2 dəfə rəva görənin Allah haqqını versin”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm