2 gün oynanılan qarşılaşmada 3 qol vuruldu
Bizi izləyin

İdman

2 gün oynanılan qarşılaşmada 3 qol vuruldu

2 gün oynanılan qarşılaşmada 3 qol vuruldu

Bu gün Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulub. Publika.az xəbər verir ki, son oyun günündə turun sonuncu oyunu keçirilib.

Belə ki, ötən gün keçirilməli olan "İnter" - "Rəvan" qarşılaşması cəmi 11 dəqiqə davam edib. "Şəfa" stadionunda başlayan qarşılaşmanı Elvin Əsgərov qar yağışı səbəbindən dayandırmalı olub. Matç bu gün saat 17.00-da başlayıb və 11-ci dəqiqədən davam etdirilib.

Oyuna hücumçularla başlayan "İnter" 24-cü dəqiqədə hesabı açıb. Kaxaber Tsxadadzeni oğlu Baçana sevindirib. 66-cı dəqiqədə başqa bir gürcü futbolçu - Aleksandr İaşvili fərqlənib. Son nöqtəni isə 90+3-cü dəqiqədə Mikel Alvaro qoyub - 3:0.

Qeyd edək ki, turun dörd oyunu üç gün ərzində keçirilib. "Neftçi" "Xəzər Lənkəran"ı 1:0, "Qarabağ" "Qəbələ"ni 3:0, "Bakı" "Simurq"u, "Sumqayıt" AZAL-ı 2:1 hesabı ilə yenib.

Premyer Liqa

2013/14 mövsümü

IV dövrə, XXVIII tur

30 mart

İnter - Rəvan 3:0

Qollar: Baçana Tsxadadze, 24. Aleksandr İaşvili, 66. Mikel Alvaro, 90+3.

İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 4. İvan Benites, 9. Aleksandr İaşvili, 11. Asif Məmmədov (k), 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 28. Baçana Tsxadadze, 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev, 88. Derlis Meza Kolli.

Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Slavko Georgievski, 6. Samir Zərgərov, 8. Mikel Alvaro, 12. İvo Taborski, 30. Abbas Hüseynov, 91. Coşqun Diniyev.

Baş məşqçi: Kaxaber Tsxadadze.

Rəvan: 1. Lukas Sapela, 4. Mitya Moreç, 8. Julio Sezar, 10. Tyaqo Mirasema, 15. Dmitri Kruqlov, 16. Orxan Lalayev, 18. Oke Akpoveta, 21. Novruz Məmmədov (k), 25. Ayaz Mehdiyev, 30. Cəmşid Məhərrəmov, 41. Kamil Kopunek.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 7. Elvin Həsənəliyev, 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov, 19. Hüseyn Axundov, 20. Miloş Adamoviç, 28. Boyan Markoviç.

Baş məşqçi: Güvənc Kurtar.

Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Nahid Əliyev, Tahir Əhmədov.

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Alik Yunusov.

AFFA nümayəndəsi: Telman Əzizov.

Hakim-inspektor: Rövşən Əhmədov.

"Şəfa" stadionu. Saat 17.00.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm