"Böyük dördlük" müharibəsi başlayır
Bizi izləyin

İdman

"Böyük dördlük" müharibəsi başlayır

«Böyük dördlük» müharibəsi başlayır

Aprelin 1-də və 2-də Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunları keçiriləcək.

Turnirin tarixində ilk dəfə olaraq bu mərhələdə ancaq “böyük beşlik” komandaları mübarizə aparacaq. İtaliya klublarının bu mərhələdə olmadığını nəzərə alsaq, “böyük beşlik” “böyük dördlük” kimi xarakterizə olunmalıdı.

Belə ki, ÇL-in oyunları 1994/95 mövsümdən hazırki sistemlə keçirilməyə başlayıb. Bu müddətdə turnirin 8 güclü komandası heç vaxt tamamilə “böyük beşlik” təmsilçiləri olmayıb.

1/4 finalda İspaniyanın üç, Almaniya və İngiltərənin hərəyə iki, Fransanın isə bir təmsilçisi mübarizə aparır. Azarkeşləri bir-birindən gərgin, maraqlı qarşılaşamalar gözləyir. İndi matçlara nəzər salaq.

İspan derbisi

Cari mövsümdə bütün turnirlərdə yaxşı təsir bağışlayan “Atletiko”nun uğurlu çıxışı artıq adi hal kimi qiymətləndirilir.

Dieqo Simeonenin yetirmələri iki «cəbhə»də əzmkarlıqla mübarizə aparır (kubokda yarımfinalda dayanıb). Onlar yarımfinala adlamaq üçün “Barselona” səddini aşmaq məcburiyyətindədilər. Sonuncu dəfə 17 il əvvəl bu mərhələyə yüksələn Madrid təmsilçisinin təcrübəli rəqibiylə görüşdə çətinlik çəkəcəyi gözləniləndi. Sonuncu dəfə dörd il əvvəl “Barsa”ya qalib gələn “hindular” bu uğursuz tilsimi qırmaq niyyətindədilər. Komandalar indiyə kimi bütün turnirlər nəzərə alınmaqla 159 dəfə üz-üzə gəliblər. Bu görüşlərdən 70-də katalonlar, 51-də isə madridlilər qalib gəliblər. Şəxsi görüşlərdən fərqli olaraq, “ağ-qırmızılar” ÇL-in cari mövsümündə rəqibindən daha üstün oyun sərgiləyir. Belə ki, “Atletiko” keçirdiyi 8 oyunun 7-dən qalib ayrılıb. Bir görüş isə «sülh»lə yekunlaşıb. Rəqiblərini 20 dəfə məyus edən komandanın məhsuldar oyunçusu Dieqo Koştadı (7). Qrup mərhələsində “Ayaks”a (1:2) məğlub olan Xerardo Martinonun yetirmələri digər 7 matçdan 6-da rəqiblərini məğlub edə bilib. Viktor Valdes və Karles Puyol zədə səbəbindən “Barselona”ya kömək edə bilməyəcəksə, “Atletiko”da Raul Qarsiya cəzalı durumdadı.

Köhnə tanışların yeni dueli

Çərşənbə axşamı digər maraqlı qarşılaşma “Old Trafford”da baş tutacaq. Köhnə tanışlar - “Mançester Yunayted” və “Bavariya” yenidən münasibətlərinə aydınlıq gətirəcəklər. 1998/99 mövsümünün finalındakı dramatik matçdan sonra bu komandalar arasındakı hər oyun maraqla gözlənilir. Cütlüyün yolları 9 dəfə kəsişib. Bu görüşlərdən 3-də münhenlilər, 2-də isə “qırmızı şeytanlar” qalib gəlib.

Dörd görüşdə isə «sülh» qeydə alınıb. Cari mövsümdə heç də uğurlu çıxış etməyən mankunianlar iki illik fasilədən sonra yenidən 1/4 finalda mübarizə aparacaq. Turnirin son qalibi “Bavariya”da işlər qaydasındadı. Belə ki, Bundesliqada növbəti - 24-cü çempionluğunu vaxtından əvvəl təmin edən Pep Qvardiolanın komandası bu mənada tarixi rekorda imza atdı.

Avropanın ən güclü komandasında yalnız Dante cəzalı durumdadı. Devid Moyesin vəziyyəti isə gərgindi. Azarkeşlər tərəfindən istefası tələb edilən mütəxəssis zədələnən əsas qol silahı Van Persinin və cəzalı Evranın xidmətindən istifadə edə bilməyəcək. Nani, Vidiç, Evans, Rio Ferdinandın oyunda iştirakı sual altındadı.

Yenə «Real», yenə «Borussiya»

Püşk bizə daha bir intriqalı oyun bəxş edib. Çərşənbə gününün ən maraqlı matçının “Real” və Dortmund “Borussiya”sı arasında olacağını söyləsək, yanılmarıq. Ötən ilin yarımfinalında Yürgen Kloppun yetirmələrindən ağır zərbə alan madridlilər revanş almaq niyyətindədilər. Özü də indiki «Borussiya» ötənilki kimi əzəmətli görünmür.

«El klassiko»dakı məğlubiyyətdən sonra toparlana bilməyən “qalaktikos”da əsəblər tarıma çəkilsə də, bu amil onların qitənin nüfuzlu klub turnirinin qalibi olmaq istəyinə təsir göstərməyəcək. “Kral klubu” tunirdə keçirdiyi 8 matçda məğlub olmayıb və 29 qolla turnirin ən məhsuladar komandası ünvanına sahibdi. Bu komandalar ÇL-də əvvəlki mövsümlərdə 8 dəfə üz-üzə gəliblər. Görüşlərdən üçü “Real”ın, ikisi “Borussiya”nın qələbəsiylə nəticələnib. Ançelotti Alvaro Arbeloa, Sami Kxedira və Jesenin xidmətindən istifadə edə bilməyəcək. “Sarı-qaralar”da isə vəziyyət daha acınacaqlıdı. Belə ki, Neven Subotiç, Marsel Şmeltser, Sven Bender, Yakob Blaşikovski zədəli olduğundan, Robert Levandovski isə sarı vərəqə limitini aşdığına görə meydana çıxa bilməyəcək.

Müəmmalı cütlük

PSJ - “Çelsi” - 1/4 final mərhələsinin ən müəmmalı cütü sayıla bilər. Ayrı-ayrı oyun üslubuna malik komandalar əvvəlcə Parisdə üz-üzə gələcəklər. Tarixlərində üçüncü dəfə 1/4 finala yüksələn fransızlar turnir boyunca ilk dəfə ciddi rəqiblə üz-üzə gələcəklər. Bu mərhələyə qədər asan rəqiblərlə qarşılaşan Loran Blanın yetirmələri yalnız qrup mərhələsinin son turunda formal xarakter daşıyan görüşdə “Benfika”ya məğlub olublar. Jose Mourinyonun gəlişindən sonra dirçələn “zadəganlar”ın da işləri yaxşı gedir. Onlar da rəqibləri kimi ölkə çempionatında turnir cədvəlinin lideridi. Bu komandalar 2004/05 mövsümündə qrup mərhələsinin oyunlarında üz-üzə gəliblər. Londonda keçirilən ilk görüşdə qapılara qol vurulmasa da, “Park de Prens”də sevinən tərəf Çelsi (0:3) olmuşdu. Komandaların heyətində cəzalı və zədəli futbolçu yoxdu.

Çempionlar Liqası. 1/4 final, ilk oyunlar

1 aprel

23:45 Barselona - Atletiko 1.48 5.00 7.20 2.34 1.70

23:45 Mançester Y - Bavariya 8.90 4.90 1.43 2.56 1.60

2 aprel

23:45 PSJ - Çelsi 2.14 3.45 3.90 1.74 2.26

23:45 Real - Borussiya D 1.38 5.60 8.90 1.80 2.18

Oxumağa davam et
Reklam
Reklam

Gündəm