Kiyev imtina etdi, Bakıya təklif olundu
Bizi izləyin

İdman

Kiyev imtina etdi, Bakıya təklif olundu

Kiyev imtina etdi, Bakıya təklif olundu

Ümumdünya Boks Seriyasının (WSB) final görüşləri Bakıda təşkil oluna bilər. Publika.Az-ın məlumatına görə, buna səbəb Kiyevin final oyunlarını keçirməkdən imtina etməsidir.

Bu barədə Rusiya komandasının baş meneceri Stepan Landyel açıqlama verib. O bildirib ki, “WSB”nin IV mövsümünün finalının keçiriləcəyi məkan Bakı ola bilər:

“Ukrayna məlum səbəblərdən final oyunlarının keçirilməsindən imtina edib. Xəbərimiz var ki, artıq “WSB” finalı keçirmək üçün Azərbaycana müraciət edib. Lakin Bakı bu təklifdən imtina edərsə, güman ki, belə təklif bizə də ediləcək”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm