"Qəbələ" qələbəni əldən verdi (FOTOREPORTAJ)
Bizi izləyin

İdman

"Qəbələ" qələbəni əldən verdi (FOTOREPORTAJ)

Hazırlıqlarını Antalyada davam etdirən "Qəbələ" dünən toplanış çərçivəsində üçüncü sınaq oyununu keçirib.

Publika.az xəbər verir ki, "qırmızı-qaralar" Türkiyə təmsilçisi "Konyaspor"la münasibətlərinə aydınlıq gətirib. "Qəbələ" matça bu heyətlə başlayıb:

David Petrkeviç, Ruslan Tağızadə, Elnur Allahverdiyev, İbrahima Niasse, Nizami Hacıyev, Rafael Santos, Dodo, Daniel Subotiç, Nuran Qurbanov, Yannik Kamanan, Viktor Mendi.

Matçın startında topa nəzarət edən tərəf "Konyaspor" olsa da, "Qəbələ" tezliklə oyunda balans yarada bilib. Tədricən üstünlüyü ələ keçirən Yuri Syominin komandası 9-cü dəqiqədə hesabı açıb. Rafael Santos Nizami Hacıyevin künc zərbəsindən ötürməsini qola çevirib. 31-ci dəqiqədə "Qəbələ" hesab arasındakı fərqi artırıb. Nizami Hacıyevin sol cinahdan ötürməsini Yannik Kamanan dəqiqliklə tamamlayıb - 2:0. Lakin fasiləyə kimi Türkiyə təmsilçisi hesabı bərabərləşdirməyə müvəffəq olub. 37-ci dəqiqədə Hasan Kabze, 43-cü dəqiqədə isə Calma fərqlənib.

İkinci hissəyə "Qəbələ" daha fəal başlayıb. "Qırmızı-qaralar"ardıcıl olaraq Kamanan, Mendi və Subotiçin ifasında təhlükəli vəziyyətlər yaratsa da, qapıya yol tapa bilməyib. Əvəzində "Konyaspor" final fitinədək daha iki dəfə fərqlənib və yekunda 4:2 hesabı ilə qalib gəlib.

Matçın ardından "qırmız-qaralar"a 2 günlük istirahət verilib. "Qəbələ" məşq prosesini yanvarın 19-da bərpa edəcək.

"Konyaspor" (Türkiyə) – "Qəbələ" - 4:2

Qollar: Hasan Kabze, 37, 53; Calma, 43; Torvaldsson, 70 - Rafael Santos, 9; Yannik Kamanan, 31

Oxumağa davam et
Reklam
Reklam

Gündəm