“Qəbələ” “Yuventus” və “Milan”a qarşı
Bizi izləyin

İdman

“Qəbələ” “Yuventus” və “Milan”a qarşı

“Qəbələ” “Yuventus” və “Milan”a qarşı

“Qəbələ”nin 15 yaşadək futbolçularından ibarət komandası aprelin 18-dən 21-dək İtaliyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Publika.az xəbər verir ki, Stefano Guzellanın xatirəsinə həsr olunan yarış Turin şəhərində təşkil olunacaq. "Qəbələ" səfərə aprelin 16-da yola düşəcək.

Beşinci dəfə baş tutacaq turnir dünyanın bir sıra tanınmış klublarının iştirakına şahidlik edəcək.

Medallar uğrunda "Yuventus", "Milan", "Roma", "Latsio", "Napoli", "Atalanta", "Sampdoriya" (hamısı İtaliya), "Espanyol" (İspaniya), "Vasko da Qama" (Braziliya), "Lokomotiv" (Moskva, Rusiya) kimi klublar mübarizə aparacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm