• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Syominin oğluna 5 oyunluq cəza

  • İdman
  • 1 Aprel 2014 14:32
  • 501 Baxış
Syominin oğluna 5 oyunluq cəza

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Publika.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın XXVIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

İntizam Komitəsi iki məşqçini cəzalandırıb. Belə ki, “Sumqayıt”ın məşqçisi Mehman Yunusov AZAL-la matçın 55-ci dəqiqəsində texniki zona qaydalarını pozduğuna meydandan kənarlaşdırılıb. Buna görə o, 1 oyunluq cəza alıb, klubu 1000 manat cərimə olunub. “Qəbələ”nin məşqçisi Andrey Syomin isə "Qarabağ"la oyunun 65-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzaya məruz qalıb. "Qəbələ" buna görə 5000 manat cərimə ödəyəcək.

“Bakı”nın futbolçusu Vüqar Mustafayev "Simurq"la oyunun 45+1-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığından 3 oyunluq cəzalanıb, klubu 2000 manat cərimələnib. "Qarabağ" matçan 78-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alan “Qəbələ”nin futbolçusu Elnur Allahverdiyevin cəzası isə 1 oyun olub. "Qəbələ" 200 manat cərimə edilib.

"Neftçi" “Xəzər Lənkəran”la oyunun 28 və 32-ci dəqiqələrində azarkeşləri protexniki vasitələrdən istifadə edildiyi üçün, "Sumqayıt" isə AZAL-la görüşdə 4 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimə ödəyəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR