• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Şok! İsveç klubu Liviya dövləti ilə müqavilə bağladı

  • İdman
  • 17 Yanvar 2014 12:02
  • 526 Baxış
Şok! İsveç klubu Liviya dövləti ilə müqavilə bağladı

Publika.az xəbər verir ki, bununla da ikinci liqa təmsilçisi bir dövlətlə müqavilə imzalayan ilk klub olub.

Müqaviləyə əsasən "Ostersunds" liviyalı futbolçuların təhsili ilə məşğul olacaq. Liviyadan Avropaya gələcək uşaqlar İsveçin paytaxtı Stokholmun 460 km uzaqlığındakı Ostersundsa gedərək futbolun sirlərini öyrənəcəklər. Burda sadəcə onlar futbolla məşğul olmayacaq. Belə ki, İsveçdə liviyalı uşaqlara kompyuter, ingilis dili və idman idarəçiliyi dərsləri də veriləcək.

Mart ayında başlayacaq layihə çərçivəsində əvvəlcə 60 liviyalı uşaq İsveçə gətiriləcək. Onlar ilin sonunadək bu ölkədə qalacaq. İkinci ildə bu say 250-yə çatdırılacaq.

"Ostersunds"un prezidenti Daniel Kindberq müqavilə ilə bağlı danışarkən "Ölkəmizdə bu günə qədər futbolla bağlı imzalanmış ən böyük müqaviləyə imza atdıq" deyib.

Bu klubun hazırda illik büdcəsi 2,5 milyon avrodu. Bu isə İsveç klubunun Liviyadan aldığı 58 milyon avro ilə uzun illər yaşayacağını deməyə əsas verir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR