Ulduz futbolçunun beli çatlayıb
Bizi izləyin

İdman

Ulduz futbolçunun beli çatlayıb

Ulduz futbolçunun beli çatlayıb

"Barselona”nın müdafiəçisi Jerard Pike ağır zədələnib.

Publika.az xəbər verir ki, Çempionlar Liqasında “Atletiko” ilə oyunda zədələnən mərkəz müdafiəçisi 4 həftə yaşıl meydanlarda görünməyəcək. Pike oyun epizodlarından birində uğursuz şəkildə yıxılıb.

Həkim müayinəsi onun bel sümüyündə çat olduğunu müəyyən edib. 27 yaşlı futbolçu oyuna davam edə bilmədiyindən Mark Bartra ilə əvəzlənib.

Xatırladaq ki, "Barselona" -"Atletiko" oyunu 1-1 hesabı ilə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm