Boksun “atası” öldü
Bizi izləyin

İdman

Boksun “atası” öldü

Ümumdünya Boks Şurasının (WBC) prezidenti Xose Süleyman 83 yaşında Los-Ancelesdə vəfat edib

Publika.az xəbər verir ki, Xose Suleyman ürək xəstəliyindən ölüb.

Ərəb mənşəli meksikalı Süleyman karyerasına həvəskar boksçu kimi başlayıb, sonralar oyunların meneceri və hakimi olub. O, həmçinin məşqçi kimi də çalışıb. Bu müddət ərzində onun təşəbbüsü ilə idmançıların təhlükəsizliyinin yüksəldilməsini, eləcə də raundların sayının 15-dən 12-dək azaldılmasını nəzərdə tutan yeni qaydalar tətbiq edilib.

WBC Xose Süleymanın vəfatı ilə bağlı bəyanatında onu "boksun atası" adlandırıb. 2006-cı ildə o, boksun Şöhrət Zalına daxil edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm