“Mundial səyahəti” - “Təkəlli” əvəzləyicinin hökmü – FOTOLAR
Bizi izləyin

İdman

“Mundial səyahəti” - “Təkəlli” əvəzləyicinin hökmü – FOTOLAR

“Mundial səyahəti” - “Təkəlli” əvəzləyicinin hökmü – FOTOLAR

1924 və 1928-ci illər yay olimpiya oyunlarında futbol yığması uğur qazandığına görə Uruqvay ilk dünya çempionatını təşkil etmək hüququ qazandı. Baxımlı və çox texnikalı oyun tərzinə görə Avropada böyük əks-sədaya səbəb olan uruqvaylılar dünyanın ən böyük futbol ölkələrindən biri elan edildi.

Ancaq avropalılar yumşaq desək, bəxtlərini “dünyanın o başında” sınamaq arzusuyla alışıb-yanmırdılar. Hələ turnirin startına iki ay qalmış heç bir komanda iştirak ərizəsiylə müraciət etməmişdi. Yalnız mayın 18-də, o vaxtkı FİFA prezidenti Jül Rimenin ciddi səylərindən sonra birinciliyin baş tutmama ehtimalının qarşısı alındı. Belçika, Rumıniya və Yuqoslaviya onun dəvətini qəbul etdi. Bir gün sonra isə Fransa eyni addımı atdı.

Marseldən Montevideoya səfər iki həftə çəkdi. Nəhəng, yeddi mərtəbəli ev hündürlüyündə, 170 metr uzunluğunda olan böyük və komfortlu “Konte Verde” layneri üç yığma üçün yalnız mehmanxana yox, həm də formada qalmaq üçün məkan rolunu oynayırdı. Yuqoslaviya gəminin çıxış vaxtına gecikdiyindən, başqa layner - “Florida” ilə gələsi olmuşdu.

Gəminin geniş göyərtələrində hər gün məşqlər keçirilir, sadə sərnişinlər də böyük maraqla onları izləyirdilər. Onlardan biri məşhur rus tenor Fyodor Şalyapin idi. O, «yeni dünya»da böyük səbirsizliklə gözlənilən qastrollar vermək üçün yola düşmüşdü.

Ancaq bütün cəhdlərə baxmayaraq, turnirin iştirakçı sayı çox az oldu - cəmi 13 milli. Təşkilatçılar onları dörd qrupa böldülər. Avropalılar və Cənubi Amerikanın ən güclüləri ayrı-ayrı qruplarda yer aldılar.

Onlardan ikisində favoritlər - Argentina və Uruqvay qalib gəldilər. Digərində Yuqoslaviya braziliyalıları qabaqladı. Maraqlıdı ki, bu iki yığma arasındakı matç Braziliya tarixində ilk “köhnə dünya” rəqibi idi. Bu qədər müddətdə belə bir matçın olmamasına əsas səbəb, ölkənin iki əsas ştatlarının futbol bosslarının yersiz «dirəşməsi» idi. Milli komandadakı oyunçu sayı kvotasını düzgün bölüşə bilməyən San-Paulu təmsilçiləri federasiya ilə əməkdaşlıqdan imtina etdilər. Montevideoya demək olar ki, Rio-De-Janeyro yığması gəlmişdi.

Əsl sensasiyanı isə Böyük Britaniya klublarının sabiq peşəkarlarından təşkil olunmuş ABŞ millisi etdi. Atletik bədən quruluşuna malik olmaları üzündən reportyorlar tərəfindən «Nüvə atanlar» ləqəbi alan amerikalılar, sınaqdan yaxşı çıxdılar. Elə ilk oyundaca həm texniki, həm də taktiki cəhətdən yaxşı təchiz olunduqlarını göstərən ABŞ, o vaxtlar yetərincə güclü hesab edilən Belçikanı yenərək sürpriz etdi.

Uruqvay və Argentinanın finalda oynaması isə proqnozlaşdırılan məqam idi. Bu ölkələrin yığmaları qitənin ən güclüləri hesab edilirdilər və növbəli şəkildə birinciliyi ələ alırdılar. Onlar qarşılaşmanı bərabər şərtlər daxilində keçirməyi təklif etdilər: tərəflər belçikalı referi Con Lanqenusa hər hissədə ayrı oynanması üçün iki top təqdim etdilər. Birinci Argentina topu ilə oynadılar və o çempionatın ən yaxşı bombardiri Qilyermo Stabile və onun komanda yoldaşları üçün uğurlu oldu. Fasilədən sonra uruqvaylılar, xüsusilə də onların «Tək əl» forvardı Ektor Kastro dominant tərəf idi.

O, komanda yoldaşlarına iki qol ötürməsi verdi, üstəlik, finalda son nöqtəni qoydu. Kastro əsas heyət üzvü sayılmırdı, ancaq həlledici qarşılaşmada yerli azarkeşlərin kumiri olan Xuan Anselmonu əla əvəzləyə bildi. Kastronun sağ əlinin olmadığı deyilsə də, əslində, onun uşaqlıqdan yalnız biləyində ciddi problemlər vardı. Amma Uruqvay yığmasının ən böyük ulduzu və çempionatın ən yaxşısı adını qazanan Xose Leandro Andrade idi. Bir çox həmkarları kimi, bu qaradərili sağ yarımmüdafiəçi üçün futbol sadəcə ciddi hobbi xarakteri daşıyırdı. Andrade peşəkar rəqqas idi. Sea buzdaşıyan, Maskeroni daş ustası, komandanın kapitanı Nassassi isə ixtisaslaşmış mərmər kəsicisi idi.

...30 iyul 1930-cu il tarixindən cəmi bir ilə tikilən və 400 min dollara başa gələn möhtəşəm “Sentenario” stadionu onminlərlə uruqvaylı üçün karnaval yerinə çevrildi. La-Platanın o tərəfindəki Buenos-Ayresdə isə matəm idi. Növbəti iki il ərzində Argentina və Uruqvay öz aralarında oynamadılar. Deyilənə görə, ölkələr diplomatik münasibətlərin kəsilməsinə yaxn idilər. Və belçikalı Langenusa argentinalı azarkeşlər ölüm hökmü kəsmişdilər...

DÇ-1930. Uruqvay

Final mərhələsi. 13-30 iyul

13 komanda dörd qrupda mübarizə apardıqdan sonra qrup qalibləri yarımfinala yüksələrək mübarizəni olimpiya sistemiylə davam etdiriblər.

18 oyun, 434000 tamaşaçı (orta hesabla hər oyunda 24111)

70 qol (orta hesabla hər oyunda 3,89)

Ən yaxşı futbolçu - Andrade (Uruqvay)

Bombardir: Stabile Gilyermo (Argentina) - 5

Qrup mərhələsi

Qrup 1

1.Argentina 3 3 0 0 10-4 6

2.Çili 3 2 0 1 5-3 4

3.Fransa 3 1 0 2 4-3 2

4.Meksika 3 0 0 3 4-13 0

Qrup 2

1.Yuqoslaviya 2 2 0 0 6-1 4

2.Braziliya 2 1 0 1 5-2 2

3.Boliviya 2 0 0 2 0-8 0

Qrup 3

1.Uruqvay 2 2 0 0 5-0 4

2.Rumıniya 2 1 0 1 3-5 2

3.Peru 2 0 0 2 1-4 0

Qrup 4

1 ABŞ 2 2 0 0 6-0 4

2 Paraqvay 2 1 0 1 1-3 2

3 Belçika 2 0 0 2 0-4 0

Qrup oyunları

1. ABŞ - Belçika 3:0

2. Fransa - Meksika 4:1

3. Rumıniya - Peru 3:1

4. Yuqoslaviya - Braziliya 2:1

5. Argentina - Fransa 1:0

6. Çili - Meksika 3:0

7. Yuqoslaviya - Boliviya 4:0

8. ABŞ - Paraqvay 3:0

9. Uruqvay - Peru 1:0

10. Çili - Fransa 1:0

11. Argentina - Meksika 6:3

12. Paraqvay - Belçika 1:0

13. Braziliya - Boliviya 4:0

14. Uruqvay - Rumıniya 4:0

15. Argentina - Çili 3:1

1/2 final

16. Argentina - ABŞ 6:1

17. Uruqvay - Yuqoslaviya 6:1

Final

18. Uruqvay - Argentina 4:2

Qeyd: o vaxt qələbəyə görə 2 xal verilirdi.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm