Sneyder Droqbanı öldürmək istəyib
Bizi izləyin

İdman

Sneyder Droqbanı öldürmək istəyib

Sneyder Droqbayla aralarında yaşanan məşhur olaydan danışıb

“Qalatasaray”ın ulduz futbolçusu Didye Droqba Çempionlar Liqasının qrupun mərhələsinin son matçında “Yuventus”a qalib gələrək mərhələ keçmələrini bir daha xatırlayıb.

Publika.Az xəbər verir ki, klub telekanalına açıqlama verən 35 yaşlı hücumçu Sneyderin vurduğu qoldan danışıb:

“Klub üçün unudulmaz gün idi. Sneyder dayanmadan mənə qışqırırdı. Topu ona göndərməyim üçün bağırırdı. Yeganə şansım vardı ki, topu ona ötürüm, yoxsa məni öldürəcəkdi. O ötürmədən sonra əla qol alındı”.

Qeyd edək ki, "Qalatasaray" qitənin ən nüfuzlu klub turnirinin 1/8 final mərhələsində İngiltərə “Çelsi”si ilə qarşılaşacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm