Hacı Əliyev Avropa çempionu oldu - FOTO
Bizi izləyin

İdman

Hacı Əliyev Avropa çempionu oldu - FOTO

Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir.

Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, çempionatın ikinci günündə 57 və 61 kq sərbəst, 53 və 60 kq qadın güləşçilər mübarizə aparıb. Güləşçilərimiz 1 qızıl medal qazanıb.

61 kq-da Hacı Əliyev inamlı təsir bağışlayıb. 1/8 finalda Aleksandr Semisorovu (Almaniya) 14:4, 1/4 finalda isə gürcüstanlı Beka Lomtadzeni 12:6 hesabıyla üstələyib. Yarımfinalda Ukrayna güləşçisi Vasil Şuptar ilə gərgin keçən qarşılaşmanı da 9-7 öz xeyrinə başa vuran Hacı finala vəsiqə qazanıb.

Finalda onun rəqibi Rusiya təmsilçisi Bekxan Qoyqereyev olub. 12-5 hesabı ilə rəqibini üstələyən güləşçimiz Avropa çempionu adına layiq görülüb. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm