"Formula-1 üçün heç bir təhlükə gözlənilmir"
Bizi izləyin

İdman

"Formula-1 üçün heç bir təhlükə gözlənilmir"

Azərbaycanın paytaxtı Bakıda maşınların Formula-1 dərəcəsində keçiriləcək avtomobil yarışları üzrə dünya çempionatının avropa mərhələsi üçün heç bir təhlükə yoxdur.

Trend-in məlumatında görə, bu barədə Beynəlxalq Avtomobil Federasiyası (FIA) Rusiyanın TASS agentliyinə bildirib.

"Biz əminik ki, Avropa Qran-prisinin keçirilməsi üçün heç bir təhlükə yoxdur. Biz (FIA) son xəbərləri izləyirik (Dağlıq Qarabağdakı vəziyyətlə bağlı - red.), amma vurğulayırıq ki, yarışın keçirilməsi siyasətdən kənardır", deyə federasiya bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm