Davudoğlu uşaqlarla futbol oynadı - FOTOLAR
Bizi izləyin

İdman

Davudoğlu uşaqlarla futbol oynadı - FOTOLAR

Türkiyənin Baş naziri Əhməd Davudoğlu uşaqlarla futbol oynayıb.

Publika.az xəbər verir ki, Ə.Davudoğlu Muş şəhərinin işğaldan azad olunmasının 99-cu ildönümünə həsr olunan tədbirdə iştirak etdikdən sonra həyat yoldaşı Sare Davudoğlu ilə birlikdə helikopterlə Varto bölgəsinə gedib.

Ə.Davudoğlu bir mağazadan aldığı kitab və oyuncaqları onu qarşılayan uşaqlara paylayıb.

Daha sonra məktəbin meydançasında futbol oynayan uşaqları görən baş nazir onlara qoşulub.

Oynadıqları futbol topunun üzərinə imza atan Ə.Davudoğlu uşaqlarla birgə xatirə şəkli çəkdirdikdən sonra oranı tərk edib. (Musavat.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm