İdman
Azərbaycan Premyer Liqasının oyununda futbolçunun dili qatlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun "İnter" - "Sumqayıt" matçının uzatma dəqiqələrində xoşagəlməz olay baş verib. "Report"un məlumatına görə, top uğrunda mübarizə zamanı qonaq komandanın futbolçusu topa zərbə endirmək istərkən, təpiyi meydan sahiblərinin hücumçusu Rauf Əliyevin sifətinə tuş gəlib.
Zərbə o qədər güclü olub ki, "İnter Arena"da təcili yardım maşını birbaşa meydana daxil olub. Həkimlər dili qatlanan təcrübəli hücumçunu ayıltmağa müvəffəq olublar. Əliyev maşına mindirildikdən sonra xəstəxanaya göndərilib.
Baş hakim Ömər Paşayev isə "Sumqayıt"ın qapısına penalti təyin edib. Nika Kvekveskirinin ilk zərbəsini Səlahət Ağayev qaytarsa da, təkrar zərbə dəqiq olub. Bu qol sayəsində "İnter" məğlubiyyətdən xilas olub - 2:2.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!