İdman
Gimnastlarımız Macarıstanda qızıl qoymadı
30 aprel-1 may tarixlərində Macarıstanda idman gimnastikası üzrə gənclər arasında 2-ci beynəlxalq Budapeşt Kuboku keçirilib.
Publika.az xəbər verir ki, bu turnirdə Azərbaycanın gənc gimnastları - Murad Ağarzayev, Timur Bayramov, Ağamurad Qəhrəmanov, Sergiy Onbış, Cavidan Babayev, Səməd Məmmədli və Mənsum Səfərov iştirak etdi.
1-ci yaş qrupunda (1998-1999) çıxış edən Murad Ağarzayev sərbəst hərəkətlər və dayaqlı tullanma üzrə finallarda müvafiq olaraq gümüş və bürünc medal qazandı. Çoxnövçülükdə 8-ci yerdə qərarlaşan Murad, turnik üzərində hərəkətlərin finalında 4-cü, halqalarda isə 5-ci oldu. Elə həmin yaş qrupunda beynəlxalq arenada debüt çıxışını nümayiş etdirən digər gimnast Timur Bayramov turnik (5-ci yer), halqalar (6-cı yer) və dayaqlı tullanma (8-ci yer) üzrə finallarda iştirak etdi.
Sergiy Onbış, Cavidan Babayev və Ağamurad Qəhrəmanov ikinci yaş qrupunda (2000-2001) çıxış etdilər. Dayaqlı tullanma üzrə final çıxışı Sergiyə “qızıl” medal gətirdi, paralel qollar üzərində çıxışından sonra isə o, fəxri kürsünün ikinci pilləsinə yüksəldi. Bu yaş qrupunda onun komanda yoldaşları – beynəlxalq arenada ilk dəfə çıxış edən Cavidan Babayev halqalar üzərində finalda 4-cü mövqedə qərarlaşdı, Ağamurad Qəhrəmanov isə sərbəst hərəkətlərdə 4-cü yeri Böyük Britaniyadan olan gimnastla bölüşdü və dayaqlı tullanma üzrə çıxışında 5-ci oldu.
Gənclərin ən kiçik, üçüncü yaş qurupunda (2002-2003) çıxış edən Səməd Məmmədli bir dəst medalla kifayətlənmədi (sərbəst hərəkətlər - “qızıl”, gimnastika atı - “gümüş”, çoxnövçülük - “bürünc”). Paralel qollar üzərində çıxışı isə ona ikinci gümüş medalı qazandırdı. Bu alət üzərində hərəkətlərdə beynəlxalq yarış meydançasına ilk dəfə qədəm qoyan Mənsum Səfərov isə Almaniyanı təmsil edən gimnastla 4-cü yeri paylaşdı.
Qarşıda, gənc gimnastlarımızı idman gimnastikası üzrə Avropa Çempionatı (Bern, İsveçrə - 25-29 may) gözləyir. Burada Azərbaycan ilk dəfə olaraq komanda hesabı yarışlarda çıxış edəcək.
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub