“Neftçi”nin bombardiri geri qayıdır - FOTO/ÖZƏL
Bizi izləyin

İdman

“Neftçi”nin bombardiri geri qayıdır - FOTO/ÖZƏL

2010-2014-cü illərdə “Neftçi”nin şərəfini qoruyan Bahodir Nasimovun yenidən Azərbaycana qayıdacağı gözlənilir.

Publika.az-ın əldə etdiyi məlumata görə, Özbəkistan millisinin tacik əsilli futbolçu Bakıdakı dostlarından “Neftçi”yə qayıtmasına yardım etmələrini istəyib. Hətta 28 yaşlı forvard az məvacib qarşılığında da ağ-qara formanı geyinməyə hazırdır.

Qeyd edək ki, Bahodir “Neftçi”dən ayrıldıqdan sonra bir mövsüm İranda top qovub. “Padide” klubunda 17 oyuna 1 qolla yadda qalan Nasimov hazırda “Bunyodkor”un futbolçusudur.

Bahodir Azərbaycan Premyer Liqasında oynadığı dövrlərdə sayılıb-seçilən hücumçulardan olub. 2010-cu ilin yayında icarə əsasında “Neftçi”yə qoşulan 28 yaşlı forvard üçqat Azərbaycan çempionudur (2011, 2012, 2013). 2011/12 mövsümündə o, 16 qolla Premyer Liqanın bombardiri olub.

Gələn mövsüm üçün daha güclü heyət qurmaq niyyətində olan “Ağ-qaralar”ın daha bir neçə futbolçuyla maraqlandığı deyilir. Onların arasında millinin qapıçısı Səlahət Ağayev də var.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm