• USD 1,7001 0,00% EUR 2,0087 +0,12%
    • GBP 2,2277 -0,86% RUB 0,0296 0,00%

AFFA ən etibarlı hakimimizə “sarı vərəqə” göstərdi

  • İdman
  • 3 May 2016 13:22
  • 407 Baxış
AFFA ən etibarlı hakimimizə “sarı vərəqə” göstərdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Publika.az xəbər verir ki, bu gün keçirilən iclasda Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları, Premyer Liqanın 32-ci turunda baş verən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Kubokunun 1/2 mərhələsinin “Neftçi” - “Qəbələ” matçının 84-cü dəqiqəsində Rəşad Sadiqov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Neftçi” - “Qəbələ” matçının 74-cü dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Aleksey Qay və oyunun 86-cı dəqiqəsində “Neftçi” klubunun futbolçusu Fəhmin Muradbəyli sarı vərəqə ilə cəzalandırılıb.

İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edib:

Oyunun 74-cü dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Aleksey Qaya simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakimin epizodu düzgün qiymətləndirməməsi səbəbindən ləğv olunur.

Oyunun 86-cı dəqiqəsində “Neftçi” klubunun futbolçusu Fəhmin Muradbəyliyə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakimin epizodu düzgün qiymətləndirməməsi səbəbindən ləğv olunur.

Hakimlər Komitəsi oyunun hakimi haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.

Azərbaycan Premyer Liqasının 32-ci turunun “İnter” - “Sumqayıt” matçının 27-ci dəqiqəsində “İnter” klubunun futbolçusu Kamran Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 90+1-ci dəqiqəsində “Sumqayıt” klubunun futbolçusu Cəmil Hacıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

“Zirə” - “Qarabağ” matçı başa çatdıqdan sonra “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>