• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Abışovun formasını geyindiyi komanda şərəfini satdı

  • İdman
  • 3 Aprel 2014 12:10
  • 1 071 Baxış
Abışovun formasını geyindiyi komanda şərəfini satdı

Millimizin üzvü Ruslan Abışovun hazırda formasını geyindiyi “Rubin”in sabiq oyunçusu Yorgen Yalland şok açıqlama ilə mətbuatın gündəminə düşüb.

Publika.Az xəbər verir ki, norveçli bu klubun heyətində çox sayda danışılmış oyunda iştirak etdiyini bildirib:

“Meydana çıxarkən nəticəsi əvvəldən bəlli olan oyunlarımız çox olub. Start fiti səslənərkən artıq nəticə məlum olurdu. Necə çıxış etməyin heç bir önəmi yox idi. Bir dəfə səfərdə oynayırdıq. Rəqibimiz turnir cədvəlində bizdən yuxarıda idi. Bu səbəbdən də matç gərgin alınmalı idi.

Amma bunun əvəzinə oyunun əvvəlində hesabı açdıq, daha sonra mənasız penalti qazandıq və yekunda da 5:1 hesablı qələbəyə sevindik. Oyundan sonra paltardəyişmə otağında ab-hava tam fərqli idi. Hər kəs susurdu, sakitlik idi. Halbuki həmin oyunu öz zəhmətimizlə qazansaydıq, vəziyyət fərqli olardı.

Bir dəfə Qafqazda oynayırdıq. Oyundan öncə oteldə dincəlirdik. Kapitan və vitse-kapitan gəldi. Əllərində çoxlu dollar var idi. Dedilər ki, biz bu gün yerli komandanı mütləq qəbul etməliyik.

Bu pulu başqa bir komanda göndərib. Yekunda qalib gəldik. İlk dəqiqələrdə meydanda olanlara həmin puldan 7 min, mənim kimi ehtiyatda qalanlara isə 4 min dollar aldı”.

Aygün

Xəbər lenti

DAHA ÇOX XƏBƏR