Çempionlar Liqasında finalın adı: Madrid derbisi (YENİLƏNİB)
Bizi izləyin

İdman

Çempionlar Liqasında finalın adı: Madrid derbisi (YENİLƏNİB)

Bu gün Çempionlar Liqasında 1/2 final mərhələsinə yekun vurulub.

Publika.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə "Real" "Mançester Siti" komandasını qəbul edib.

İngiltərədə keçirilən ilk görüşdə qolsuz heç-heçə qeydə alındığından, qonaqları cavab matçında qollu bərabərlik də qane edirdi. Ancaq Manuel Pelleqrininin yetirmələri bu tapşırığın öhdəsindən gələ bilməyib. Matçın taleyini Qaret Beylin vurduğu yeganə qol həll edib.

Beləliklə, Avropanın ən güclü klubu mayın 28-də "San Siro" stadionunda oynanılacaq Madrid derbisində müəyyənləşəcək.

Çempionlar Liqası. 1/2 final, cavab oyunları

Real (İspaniya) - Mançester Siti (İngiltərə) 1:0

Beyl, 20.

İlk oyun - 0:0

Oxumağa davam et
Reklam
Reklam

Gündəm