Dünya ulduzu “Qalatasaray”ın hədəfində
Bizi izləyin

İdman

Dünya ulduzu “Qalatasaray”ın hədəfində

Tarixinin ən pis mövsümlərindən birini keçirən "Qalatasaray" dünya səviyyəli ulduz transfer etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, azarkeşlərin könlünü almaq istəyən rəhbərlik Radamel Falkaonu hədəfə alıb.

"Monako"nun "Çelsi"yə icarəyə verdiyi kolumbiyalı ulduz İngiltərədə istənilən oyunu sərgiləyə bilmir. İddiaya görə, Falkao meneceri Xorxe Mendesə Premyer Liqadan kənarda klub tapmağı tapşırıb. Portuqaliyalı menecer isə onu "Qalatasaray", "Zenit" və "River Pleyt"ə təklif edib.

Azarkeşlərlə münasibətlərini ulduz futbolçu transfer etməklə düzəltmək istəyən "Qalatasaray" Falkaonun keçidinə müsbət yanaşır. Hətta klub rəhbərliyi danışıqlar aparmaq üçün Mendeslə görüşmək istədiyini bildirib. Tərəflərin yaxın günlərdə danışıqlar masasına əyləşməsi gözlənilir.

Qeyd edək ki, Falkao 2009-cu ildə "River Pleyt"dən "Portu"ya 5.43, 2011-ci ildə "Atletiko"ya 40, 2013-cü ildə "Monako"ya 43 milyon avroya transfer olunub. Fransa klubu onu ötən il 7.6 milyon avroya "Mançester Yunayted"ə, bu mövsüm 7 milyon avroya "Çelsi"yə icarəyə verib. Kolumbiyalı ulduz cəmi 12 rəsmi oyuna çıxıb və 1 qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm