Azərbaycan cüdoçusu reytinqdə lider oldu
Bizi izləyin

İdman

Azərbaycan cüdoçusu reytinqdə lider oldu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Publika.az xəbər verir ki, Avropa çempionatında 73 kq çəkidə qızıl medal qazanan Rüstəm Orucov siyahının ilk pilləsində qərarlaşıb.

100 kq-da Elmar Qasımov birinci, Elxan Məmmədov isə 21-cidir. Avropa çempionatının gümüş mükafatçısı Orxan Səfərov yeni reytinqdə 4-cü olub. İlqar Müşkiyev (60 kq) 14, Nicat Şıxəlizadə (66 kq) 10-cu pillədə yer alıb.

Qadınlarda isə 48 kq-da yarışan Aişə Qurbanlı 45-ci yerdə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm