• USD 1,7008 0,00% EUR 2,0081 +0,46%
    • GBP 2,1911 +0,05% RUB 0,0288 0,00%

Sabahdan bütün dünya Bakıdan danışacaq

  • İdman
  • 4 May 2016 17:52
  • 861 Baxış
Sabahdan bütün dünya Bakıdan danışacaq

Azərbaycan idmanı əlamətdar hadisənin ab-havasındadır. Böyük turnirlərin təşkilində xeyli təcrübə toplayan Bakı 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə ev sahibliyi edir.

Publika.az xəbər verir ki, artıq sabahdan 17 gün ərzində bütün dünyanın diqqəti Azərbaycanda keçiriləcək Avropa çempionatına yönələcək.

“Köhnə dünya”nın 16 ən güclü yığmasının mübarizə aparacağı turnir adətən istedadların üzə çıxması baxımından böyük əhəmiyyət kəsb edir. Hazırda futbolun dəbini müəyyənləşdirən xeyli ulduz futbolçular var ki, məhz bu tip yarışlarda istedadını üzə çıxarıb. Bu üzdən qitənin bir sıra aparıcı klublarının skautları da artıq Bakıdadır.

İspaniya, Fransa, Almaniya, İtaliya, Portuqaliya, Hollandiya kimi yığmaların mükafata iddia etdiyi çempionata meydan sahibi kimi qatılan Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionatının həlledici mərhələsində oynayacaq. Ümumiyyətlə, bütün futbol yığmaları tarixində (futzal istisna olmaqla) ilk dəfə Avropa çempionatında ölkəmiz də olacaq. Düzdür, SSRİ dövründə təmsilçilərimiz bu yarışda iştirak edə biliblər. Amma U-19 və U-21-lə Avropa çempionluğu yaşayan həmin təmsilçilərimiz heç vaxt U-17-lərin (əvvəl U-16) turnirində qızıl medal əldə etməyib. Yarışın tarixinə nəzərə salsaq, 1982-2001-ci illərdə 16, 2001-ci ildən sonra isə 17 yaşadək oyunçular çıxış edir.

U-17-lərin 15-ci, ümumilikdə isə 34-cü çempionatının qarşılaşmaları Bakının 4 stadionunda keçiriləcək. “Qarabağ” stadionu yalnız qrupdakı 6 görüşə ev sahibliyi edəcəksə, 8-ci km qəsəbə stadionu və “Dalğa Arena” həmin raundun 6 görüşü ilə yanaşı, 1/4 finalın 2 matçına da məkan olacaq. Bakı Olimpiya Stadionu isə 6 qrup oyunu, yarımfinal və finalı qəbul edəcək.

31 matçdan ibarət 17 günlük turnir sabahkı Avstriya – Bosniya və Herseqovina qarşılaşması ilə başlayacaq. Turnirin açılışı isə Azərbaycan – Portuqaliya görüşündən öncəyə planlaşdırılıb. A qrupunda mübarizə aparan komandamız tarixinin ilk final mərhələsinə Təbriz Həsənovun rəhbərliyi altında çıxacaq. 1/4 finala vəsiqə verən ilk iki yer uğrunda mübarizədə komandamız Belçika və Şotlandiya ilə də üz-üzə gələcək.

Bu, Azərbaycanın ev sahibliyi etdiyi 3-cü böyük futbol turniridi. İlk belə yarış 31 il öncəyə təsadüf edib. 1985-ci ildə SSRİ-də keçirilən U-20-lər arasında dünya çempionatında D qrupunun görüşləri və 1/4 finalın 1 matçı ölkəmizdə keçirilib. 2012-ci ildə isə qızlardan ibarət U-17-lərin dünya çempionatında 16 yığma Azərbaycana gəlib. Bakı ilə yanaşı, Lənkəranın da oyunlara ev sahibliyi etdiyi turnirdə 32 matç keçirilib.

Yığmamız kimi hakimlərimiz də çempionatın iştirakçıları arasında yer alıb. FİFA refferiləri Əliyar Ağayevlə Orxan Məmmədov turnirdə ehtiyat hakim kimi ədaləti qorumalıdır. Onlardan başqa hakim-inspektor Asim Xudiyev də yarışa təyinat alıb.

AÇ-2016. U-17. Final mərhələsi

Qrup mərhələsi

A qrupu: Azərbaycan, Portuqaliya, Belçika, Şotlandiya

B qrupu: Almaniya, Ukrayna, Avstriya, Bosniya və Herseqovina

C qrupu: İngiltərə, İsveç, Fransa, Danimarka

D qrupu: İtaliya, İspaniya, Hollandiya, Serbiya

1-ci tur

5 may

A qrupu

19:00 Belçika – Şotlandiya (8-ci km qəsəbə stadionu)

20:00 Azərbaycan – Portuqaliya (Bakı Olimpiya Stadionu)

B qrupu

17:00 Ukrayna – Almaniya (8-ci km qəsəbə stadionu)

14:00 Avstriya – Bosniya və Herseqovina (Bakı Olimpiya Stadionu)

6 may

D qrupu

14:00 İtaliya – Serbiya (“Qarabağ” stadionu)

15:30 Hollandiya – İspaniya (“Dalğa Arena”)

C qrupu

19:00 Fransa – Danimarka (“Dalğa Arena”)

19:00 İngiltərə - İsveç (“Qarabağ” stadionu)

2-ci tur

8 may

A qrupu

19:00 Azərbaycan – Belçika (8-ci km qəsəbə stadionu)

15:30 Portuqaliya – Şotlandiya (“Dalğa Arena”)

B qrupu

14:00 Ukrayna – Avstriya (8-ci km qəsəbə stadionu)

19:00 Almaniya – Bosniya və Herseqovina (“Dalğa Arena”)

9 may

C qrupu

20:00 Fransa – İngiltərə (“Qarabağ” stadionu)

14:00 Danimarka – İsveç (Bakı Olimpiya Stadionu)

D qrupu

16:00 İtaliya – Hollandiya (“Qarabağ” stadionu)

17:00 Serbiya – İspaniya (Bakı Olimpiya Stadionu)

3-cü tur

11 may

A qrupu

16:00 Şotlandiya - Azərbaycan (8-ci km qəsəbə stadionu)

16:00 Portuqaliya - Belçika (“Dalğa Arena”)

B qrupu

19:15 Bosniya və Herseqovina – Ukrayna (8-ci km qəsəbə stadionu)

19:15 Almaniya – Avstriya (“Dalğa Arena”)

12 may

C qrupu

19:00 İsveç – Fransa (“Qarabağ” stadionu)

19:00 Danimarka - İngiltərə (Bakı Olimpiya Stadionu)

D qrupu

14:00 İspaniya – İtaliya (“Qarabağ” stadionu)

14:00 Serbiya – Hollandiya (Bakı Olimpiya Stadionu)

1/4 final

14 may

1. 15:00. A1 – B2 (“Dalğa Arena”)

2. 20:00. B1 – A2 (“Dalğa Arena”)

15 may

3. 16:00. C1 – D2 (8-ci km qəsəbə stadionu)

4. 20:00. D1 – C2 ( 8-ci km qəsəbə stadionu)

1/2 final

18 may

15:00 1-ci cütün qalibi – 3-cü cütün qalibi (Bakı Olimpiya Stadionu)

20:00 2-ci cütün qalibi – 4-cü cütün qalibi (Bakı Olimpiya Stadionu)

Final

21 may

20:00 (Bakı Olimpiya Stadionu)

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>