“Neftçi” finalda!
Bizi izləyin

İdman

“Neftçi” finalda!

Azərbaycan kubokunda ilk finalçının adı məlum olub.

Publika.az xəbər verir ki, Qəbələdə baş tutan “Qəbələ” və “Neftçi” qarşılaşmasında qalib penalti seriyası ilə müəyyənləşib.

Komandalar arasında Bakıda keçirilmiş ilk oyun heç-heçə nəticələnmişdi - 1:1. Bu oyun "Neftçi" üçün avrokuboklara vəsiqə baxımından xüsusi əhəmiyyət kəsb edirdi.

Cavab oyununda da tərəflər hərəyə bir dəfə fərqlənib. Əlavə vaxtda da hesab dəyişmədiyindən penalti seriyasına ehtiyac duyulub. “Lotoreya”da bəxt “Neftçi”nin tərəfində olub.

Azərbaycan kuboku. 1/2 final, cavab oyunları

4 may

Qəbələ - Neftçi 1:1 pen-3:4 (ilk oyun 1:1)

Ermin Zets, 76 - Ruslan Qurbanov, 59.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm