Bakıda Avropa çempionatı həyəcanı
Bizi izləyin

İdman

Bakıda Avropa çempionatı həyəcanı

Bu gün Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı start götürəcək.

Publika.az xəbər verir ki, qitə birinciliyinin final mərhələsində 16 komanda 4 qrupda mübarizə aparacaq. İlk oyun günündə 4 görüş keçiriləcək. A qrupunda yer alan Azərbaycan millisi Portuqaliya yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı Olimpiya Stadionunda Açılış Mərasiminin ardından oynanılacaq. Mərasim saat 19:30-da, matç isə saat 20:00-da başlanacaq. Görüşün baş hakimi polşalı Bartoş Frankovski olacaq. Ona macarıstanlı Balaj Buzas və Moldovadan olan Vasili Yermişin kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi litvalı Sergey Slivadır.

Qrupun digər komandaları isə "Bakcell Arena"da üz-üzə gələcəklər. Belçika - Şotlandiya oyunu saat 19:00-da start götürəcək.

Təbriz Həsənovun rəhbərlik etdiyi komanda qrup mərhələsindəki növbəti görüşünü mayın 8-də Belçika, mayın 11-də isə Şotlandiya yığmasına qarşı keçirəcək. Hər iki görüş "Bakcell Arena"da baş tutacaq.

Bu gün, həmçinin B qrupunda Ukrayna - Almaniya, Avstriya - Bosniya və Herseqovina oyunları da keçiriləcək.

Avropa çempionatı. 1-ci tur

A qrupu

19:00 Belçika - Şotlandiya

Baş hakim: Petr Kraloveç (Slovakiya)

"Bakcell Arena"

20:00 Azərbaycan - Portuqaliya

Hakimlər: Bartoş Frankovski (Polşa), Balaj Buzad (Macarıstan), Vasili Ermisçin (Moldova), Sergeyus Sliva (Litva)

Bakı Olimpiya Stadionu

B qrupu

14:00 Avstriya - Bosniya və Herseqovina

Baş hakim: Petr Ardelyanu (Çexiya)

"Bakcell Arena"

17:00 Ukrayna - Almaniya

Baş hakim: Qunnar Yarl Yonsson (İslandiya)

Bakı Olimpiya Stadionu

Sayca 15-ci qitə turnirinə mayın 21-də yekun vurulacaq.

Qeyd edək ki, reqlamentə əsasən, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finalda qarşılaşacaqlar. Bu mərhələnin oyunları 14-15 mayda keçiriləcək. Yarımfinala yüksələn komandalar mayın 18-də finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Həlledici qarşılaşma mayın 21-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm